: YENIİLİK (Hekayə) - 1 Февраля 2010 - Персональный сайт
Şənbə, 18/05/2024, 23:18
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Fevral » 1 » YENIİLİK (Hekayə)
03:22
YENIİLİK (Hekayə)

                                                                       Əfqan Nəsirli 
Əfqan NƏSİRLİ
                                       YENİLİK
                                            (hekayə)
                         
1982-ci ilin sentyabr ayı idi. Kənd məktəbində böyük dəyişiklər ol­muşdu. Səkkizillik kənd məktəbi orta ümumtəhsil məktəbinə çe­vrilmişdi. Dərslərin sayı artdığından məktəbə əlavə müəllimlər gəl­mişdi. Kənddə isə kadr az olduğundan işə düzələn yeni müəl­lim­lərin əksəriyyəti qonşu kəndlərdən gəlmişdi. Yeni müəllimlər isə məktəbin girişini-çıxışını, sinif otaqlarını yaxşı tanımırdılar. Məktəbin əsas binası çoxdan tikildiyindən köhnəlmişdi. Lakin hiss olu­nurdu ki, bu il binanı üzdən rəngləyib təzələmək istəmişlər. Köh­nə binanın yanında isə 3 yanaşı sinif otaqları yeni tikilmişdi. Şa­girdlərin səbirsizliklə gözlədiyi 1 sentyabr gününü təmtəraqla qeyd etdik. Sonuncu sinfin şagirdləri məktəbə yeni qədəm basan bi­rincilərə dəftər-qələm, birincilər isə əvəzində onlara gül dəstəsi ver­­dilər. Bayram səviyyəsində qeyd olunan bu tədbirdə valideynlər də iştirak etdilər. Yüksək səviyyədə qeyd olunan "Bilik günü" is­tər şagirdlərin, istərsə də kənd jamaatının yaddaşına əbədi həkk olundu. Bir neçə gün bütün kənd sakinləri həmin hadisədən danışdılar. Məktəbin ümumtəhsil orta məktəbinə çevrilməsi şagirdlərin, eləcə də valideynlərin işini xeyli asanlaşdırmışdı. İndi on­lar, yəni yuxarı sinif şagirdləri dərs oxumaq üçün, onların vali­deynləri isə məktəb iclaslarına neçə kilometr aralı olan qonşu kənd mək­təbinə getməyəcəkdilər. Bundan başqa məktəbdə ayrıca kom­pyu­ter otağı yaradılmışdı. Düzdür, bu kompyuterlər həmin dövrün tələblərinə tam cavab verməsə də, hər halda irəliyə doğru bir ad­dım idi. Çünki uzaq bir əyalət kəndində belə yeniliklərin olması na­dir hadisələrdən sayılırdı. Bütün bu yeniliklər məktəb direktoru Na­dir müəllimin gərgin əməyi sayəsində baş vermişdi. O, rayon maa­rif şöbəsinin müdiri ilə aralarında olan isti münasibətlərdən is­ti­fadə edərək, bu qədər yeniliklərə nail olmuşdu. Şəxsən Nadir müəl­limin tədris-təlim sisteminə çox ciddi münasibət bəsləməsi, mək­təbdə əlavə pulsuz hazırlıq kurslarının təşkili, hər il buraxılış si­niflərinin ali məktəblərə qəbul faizinin çoxalmasını müəllimlər­dən tələb etməsi öz müsbət nəticələrini göstərirdi. Düzdü, əvvəllər yu­xarı sinfi qonşu kənddə oxumağa gedən uşaqların çoxu təhsildə da­la qalır, tədricən isə oxumağın daşını atırdılar. Nəticəni isə, Nadir müəllimin rəhbərlik etdiyi məktəbin üzərinə atırdılar.
Nadir müəllim arıq, boyca bir qədər hündür idi. İlk baxışdan zara­fatı xoşlamayan, daim ciddi və işgüzar görünən sifətə malik olsa da, hər bir hərəkəti gülməli alınırdı. Şagirdlər daim onu yamsılamaqdan ləzzət alar, hər kəs öz bacarığını göstərməyə çalışardı. Məktəb direktoru günlərin birində tapşırıq vermişdi ki, səhər id­ma­nına gecikən hər bir şagird məktəbin yaxınlığından axan çaydan bir çay daşı gətirib gələcəkdə yeni məktəb tikiləcək əraziyə atsın. Bununla o, həm dərsdə ciddiliyi artırmış, həm də əsası qo­yul­­muş yeni sinif otaqlarının tikilməsinə az da olsa köməklik et­miş olurdu. Səhər idmanı qurtarana qədər gecikmiş şagirdlər mək­təb həyətində saxlanılır, sonra isə kollektiv çaya göndərilirdi.
Həftənin cümə günü idi. Adi günlərdən biri idi. Həmişəki kimi şa­girdlər məktəbə tələsirdilər. Artıq zəng vuruldu və həmişəki ki­mi 15 dəqiqə çəkən səhər idmanı başladı. Mən məktəbin giriş qa­pı­sının yaxınlığında dayanıb gecikmiş şagirdlərin gözləməsini bil­di­rirdim. Bir azdan məktəb direktoru Nadir müəllim də həmin yerə gəl­di. Gecikənlər çox olduğundan bilmədi nə etsin. Şagirdlərdən bi­rinə yaxınlaşmaq istədi. Görünür, bu hala çox hirsləndiyindən ona fiziki cəza vermək istəyirdi ki, digər şagirdlərə də görk olsun. Lakin şagird direktorun fikrini tez başa düşdüyündən arxaya çəkil­di. Nadir müəllim ona tərəf getməkdə davam etdi. İşi belə görə şa­gird qaçmağa başladı. Direktor da onun arxasınca qışqıra-qışqıra qaçmağa başladı:
- Tutun onu görüm, dayan ə, ölmə, öldürəcəm səni.
Dayanmış uşaqların başına iki-üç dairə vurduqdan sonra direktor dayandı və yerdən böyük bir ağac götürüb yenidən onun arxa­sın­ca qaçmağa başladı. Bizi gülmək tutsa da, qorxumuzdan sə­­si­- mi­zi çıxara bilmirdik. Direktor isə qışqırırdı:
- Nə durmusunuz, tutun onu, tez olun, tutun mənə verin.
Nəhayət, uşaqların bir neçəsi qaçan şagirdi saxlaya bildilər. Uzaq­dan özünü yetirən direktor saxlanan şagirdə çatıb bilmədi nə et­sin. Əlindəki ağac çox böyük idi. Onunla kimi isə vurmaq ol­maz­dı. O, bir şagirdə baxdı, bir ağaca baxdı. Əlindəki ağacı kənara atıb onun qulağından yapışdı:
- A vicdansız, hara qaçırdın, ölmə öldürəcəm səni, ölmə öldürə­cəm - deyib, acığqılı halda eyni sözü bir neçə dəfə təkrar etdi.
Biz onun sözünə və eyni zamanda etdiyi hərəkətlərə gülürdük. - Siz nəyə gülürsünüz, bu gün bu çaydan bir yox, iki daş gətirər, ağlı gələr başına - demişdi.
Dərslərin başlamasından bir neçə gün keçmişdi. Məktəbdə baş verən yeniliklərdən biri də müəllimlər üçün ikinci ayaqyolunun dü­zəldilməsi olmuşdu. Lakin kənar kənddən gələn müəllimlər bu ayaq­yolunu hərdən səhv salırdılar. Qadınlar kişilər üçün nəzərdə tu­tulmuş ayaqyoluna gedir, kişilər isə əksinə. Bunun qarşısını al­maq üçün məktəb direktoru növbətçiyə göstəriş vermişdir ki, tə­ba­­şirlə ayaqyolunun birinin üzərinə böyük hərflə "Q", digərinin üzə­rinə isə, "K" hərfi yazsın. Həmin gün bizə fizika fənnini tədris e­dən Qüdrətov Kərim müəllimin dərsi idi. Birdən pəncərədən ba­xan­­da gördüm ki, bir uşaq əlin­də təbaşir ayaqyolunun üzərinə hərf­lər yazır. Hərfləri gör­dük­də ilk ağlıma gələn müəllimimizin adı­nın baş hərfləri oldu. Elə dü­şündüm ki, kimsə bizim müllimi­mi­zə sataşmaq istəyir. Fikrimi yanımda oturan xalamoğluna de­dim. Kərim müəllim isə yeni dərsi izah edirdi. Xalamoğlu ö­zün- ­dən asılı olmadan ayağa duraraq müəllimin sözünü kəsib:
- Müəllim, bir ora baxın, görün nə yazırlar? - deyib, barmağı ilə pəncərədən həmin tərəfi göstərdi. Müəllim hərfləri görən kimi, tez pəncərəni açıb uşağa qışqırdı:
- Ayə, ay uşaq, nə yazırsan orda, rədd ol ordan. Uşaq isə əziyyə­ti­nin düzgün qiymətləndirilmədiyindən hirslə müllimə:
- Müəllim, nə edirəm e, direktor deyib, mən də yazıram də. Bu qadınlar üçündür, bu isə kişilər üçün.
Pərt olmuş müəllim tez pəncərəni bağlayıb xalamoğluna təpindi:
- Otur aşağı, ayıb olsun sənə. Mən də deyirəm görən nə olub - deyən müəllim özünü elə apardı ki, guya heç nə başa düşməmişdi.

Sonu
Baxış: 1076 | Əlavə etdi: afgan73 | Teqlər: Edebiyyat, Hekaye, afgan | Reytinq: 5.0/4
Bütün şərhlər: 2
2 Qonaq  
1
Gozel hekayedir. Ugurlar...

1 Asiq  
1
Eladıır!!!

Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!