: Персональный сайт - Литература
Bazar, 19/05/2024, 02:17
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

Hafiz HacıxəlilHafiz Hacxalil
 
Bakıda nəyin var, Şuşalı qardaş,
Bizim ki, canımız qəfəsə sığmaz.
Mən də vətənimdən atılan bir daş,
Bu bulud gözümün ipi yığılmaz.
 
Ta bundan o yana səbir neynirəm,
İndi Yaradan da səbirdən çıxır.
Bu dərd kəfənimi geydim əynimə,
Gördüm ki, bir ucu qəbirdən çıxır.
 
Durna da yoxdur ki, salam göndərək,
Sən Cıdır düzünə, mən İlməzliyə.
Nə böyük dərd imiş dözüb gözləmək,
Günlərin birində dönərik deyə.
 
Qar deyil, yolları ahımız tutub.
Vətən söyləməkdən dil qabar-qabar.
Bir anlıq hər şeyi, qardaş, unudub,
Tut mənim əlimdən Şuşaya apar.
 
Dərd gəldi sinəmi dəldi də keçdi,
Üşüyən qəlbimdə qar qıza çətin.
2009 da gəlib yetişdi,
Gedə biləcikmi Qırxqıza çətin.
 
Yaxın buraxarmı bizi o dağlar?
Düz 20 ildi ki, yada dönmüşük.
Boy verə bilmirik qayalar kimi,
Hərəmiz bir quru ada dönmüşük
 
"Ya olum, ya ölüm”, ya da ki, heç nə!
Dur deyəm, gözümün yaşına bir gün!
Sancam ürəyimi bayraq yerinə,
Şuşa qalasının başına bir gün!
 
2009
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 2
Qonaqlar: 2
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!