: Персональный сайт - Новости
Bazar, 19/05/2024, 02:17
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

Qht.şura_loqo2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsinin nəticələri müəyyənləşdi

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 199 təşkilata 1.155.090 AZN maliyyə yardımı ayrılması haqda qərar qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il QHT-lərə 1-ci maliyyə yardımı müsabiqəsini yekunlaşdırmışdır. Maliyyə yardımı müsabiqəsi 08 dekabr 2009-cu ildə elan edilmiş və aşağıdakı fəaliyyət istiqamətləri üzrə layihələrin maliyyələşdirilməsini nəzərdə tutmuşdur.
 
1. İnsan hüquqları və demokratiya

2. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

3. Azərbaycanın dünya birliyinə inteqrasiyası

4. Ətraf mühitin mühafizəsi

5. Region QHT-lərinin təşəbbüslərinin dəstəklənməsi

6. Təhsil və mədəniyyət

7. Sosial və iqtisadi məsələlər Müsabiqəyə 489 layihə daxil olmuşdur.

Şura katibliyinin apardığı ilkin seleksiya zamanı 82 təşkilatın təqdim etdiyi sənədlərdə çatışmazlıqlar aşkar edilmiş və bu layihələr ekspertizaya göndərilmədən geri qaytarılmışdır. 1 təşkilat eyni layihəni iki dəfə verdiyi üçün layihələrdən biri müsabiqədən kənarlaşdırılmışdır. 406 layihə ekspertizaya təqdim edilmişdir. Hər bir layihə iki ekspert tərəfindən qiymətləndirilmişdir.

Katiblik ekspertizadan keçmiş hər bir layihə üzrə arayış hazırlayaraq Şuranın müzakirəsinə təqdim etmişdir. Maliyyə yardımı haqqında son qərarı qəbul etmək üçün Şura ekspertlərin rəyini, təşkilatın potensialını, layihənin aktuallığını və ictimai əhəmiyyətini, habelə tərtib edilmiş büdcənin reallığa uyğunluğunu və əvvəlki müsabiqələrdə QHT-nin Şura ilə münasibətlərinin vəziyyətini nəzərə almışdır.

Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 3
Qonaqlar: 3
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!