: Xvarna – Bolluq İlahəsi - 15 Марта 2010 - Персональный сайт
Bazar, 19/05/2024, 01:13
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Mart » 15 » Xvarna – Bolluq İlahəsi
14:32
Xvarna – Bolluq İlahəsi

Lalə                                                                                     Lalə Mehralı
 
Xvarna Azərbaycan türklərinin ən qədim və müqəddəs bayramlarından biridir. Qədim mənbələrə görə, Xvarna Bayramı türklərin Novruzdan sonra ikinci böyük müqəddəs bayramıdır. Xvarna bəşəriyyətin ilk fəlsəfi-elmi və müqəddəs kitabı olan Avestada xatırlanır. Zərdüşt Peyğəmbərin dövründə bu bayram çox möhtəşəm bir formada keçirilirmiş. Bayramın elementləri Novruz Bayramının əsas elementlərini özündə daşıyır. Xvarna Bayramı hər il oktyabrın 8-də qeyd olunur.
 
Zərdüşt təqvimində hesablamalar Günəşin hərəkətinə əsasən təyin edildiyindən hicri-qəməri təqvimindəki kimi hər il on gün qabağa keçmir və miladi tarixlə üst-üstə düşür. Bu dinin məziyyətlərinə görə, heç bir bayram səbəbsiz yerə qeyd olunmur, o cümlədən Xvarna. Xvarna sözünün anlamı nədir? Xvarna Tanrının bolluq, bərəkət və xeyirli işlərə nəzarət edən mələyidir. Xvarna Bolluq, Bərəkət və Xeyir İşlər Simvoludur. Azərbaycan türklərinin ilk dini olan Zərdüştlüyə (Mazd Yasna) görə, Xvarna İlhalərdən birinin adıdır. Bu barədə qədim mənbələrdə bəzi məlumatlar var. İnsanlar payızda məhsul yığımı zamanı torpağın nemətlərindən Od vasitəsilə Tanrıya qansız qurban verərlərmiş. Bununla zərdüştilər Tanrıya onlara bəxş etdiyi nemətlərə görə minnətdarlıq ifadə edər və bu nemətlərdən hazırlanmış yeməkləri Tanrıya təklif edərlərmiş. Zərdüştlükdə Xvarna insana işıq, uğur, bərəkət gətirən, ona həqiqi azadlığın mənasını anladan ilahi qüvvə kimi dəyərləndirilir. Ən əsası isə, vicdan və seçim azadlığıdır ki, bunların köməyilə insan öz indiki və gələcək taleyini özü müəyyən edir. Avestaya görə, indiki həyatımız, bizim keçmiş həyatımızda etdiyimiz əməllərin nəticəsinə uyğun olaraq öncədən müəyyən edilib. Xvarna insana həyatında dəyişiklik etməyə, onu qara qüvvələrin tilsimindən, cadugərlərin sehrindən, zalımların zülmündən azad olmağa, köhnə, dəyərsiz və lazımsız nə varsa, unutmağa şans verir. 10 min illik Bərəkət bayramı Ümumiyyətlə, Xvarna Bayramının yaşının Zərdüştlüyün yaşı qədər olması güman edilir. Bu zaman bayramın 10 min illik tarixi əhatə etdiyi məlum olur. Tarixin sonrakı dövrlərində yad mədəniyyətlərin təcavüzünə və işğala məruz qalmış Azərbaycanda bu bayramın getdikcə unudulması dövrü başlayıb. Xürrəmi Hərəkatı dövründə də bu bayramın keçirildiyi haqda məlumatlar var. Təəssüf ki, ərəb işğalından sonra bu bayram tamamilə unutdurulub. Mövhumatçı din xadimləri bəşəriyyətin ilk təktanrıçılıq dini olan zərdüştiliyi səhvən dualist din hesab etdiklərindən Xvarna bayramının keçirilməsinə hər vəchlə əngəl törədiblər. Çox təəəsüf ki, hazırda bu bayram Azərbaycanda keçirilmir və ölkədə bu bayram haqda məlumatı olanların sayı barmaqla sayılacaq qədərdir. Bir neçə tarixçi alimdən başqa heç kimin bu haqda məlumatı yoxdur. Mediada da bu barədə məlumatlar verilmir. Bütün xalqlar özlərinin tarixini və mədəniyyətini daha qədimə aparmaq üçün dəriqən-qabıqdan çıxdıqları halda, biz dünyanın ən qədim mədəniyyətini yaşatmağa o qədər də həvəsli görünmürük, üstəlik bəzi qüvvələr hətta Ərgənəkon-Novruz bayramını da farslaşdırmağa çalışırlar. Azərbaycan dünyanın ən qədim insan məskəni, ən qədim mədəniyyətinin təşəkkül tapdığı bir müqəddəs məkandır. Biz arzu edərdik ki, Xvarna Bayramı dövlət səviyyəsində keçirilsin. Türkün qədim bayramını yaşatmaq, dirçəltmək hər birimizin borcudur. Ən azından, hər il oktyabrın 8-də özünü türk hesab edən şəxs öz evində bu bayramı qeyd edə bilər. Elə Novruz Bayramını qeyd etdiyimiz kimi və eynilə onun atributları ilə. İlahə Xvarna Tanrının sevdiyi insanların himayəçisidir. Bu bayramın keçirildiyi mərasimlərdə kökə və çörək bişirir, şirniyyat və meyvə yeyirlər. Həmin təqvimdə kədərli söhbətlər danışmaq yasaqdır. Hər kəs zarafatlar etməli, lətifələr danışmalı, əyləncəli oyunlar qurmalı, bir sözlə, şux bir mənzərə yaratmalıdırlar. Azərbaycanın qədim tarixini və mədəniyyətini yaşatmaq uğrunda apardığınız mübarizədə Tanrı Sizə Yar Olsun! *Lalə Mehralı "Sağlam Toplum” İctimai Birliyinin sədri, "Səda” İA-nın baş direktorudur
Baxış: 1046 | Əlavə etdi: afgan73 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!