: Turizm İnstitutunda şair Səlim Babullaoğlu ilə görüş keçirildi - 17 Марта 2010 - Персональный сайт
Bazar, 19/05/2024, 02:17
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Mart » 17 » Turizm İnstitutunda şair Səlim Babullaoğlu ilə görüş keçirildi
00:45
Turizm İnstitutunda şair Səlim Babullaoğlu ilə görüş keçirildi
Selim babullaoğluMartın 16-da Azərbaycan Turizm İnstitutunda şair Səlim Babullaoğlu ilə görüş keçirilib. Kultaz.Com-un verdiyi xəbərə görə, institutun təşəbbüsü ilə kitabxanada təşkil olunan görüşdə tələbələrlə yanaşı institutun müəllim kollektivinin də nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan institut kitabxansının müdiri Gülşən Mehdiyeva qonaq haqqında dinləyicilərə ətraflı məlumat verib. O, Səlim Babullaoğlunun çağdaş Azərbaycan poeziyasının tanınmış nümayəndəsi olmaqla yanaşı, onun çox böyük naşirlik və tərcüməçilik fəaliyyəti ilə məşğul olduğunu, dəfələrlə müxtəlif nüfuzlu beynəlxalq ədəbiyyat tədbirlərinin iştirakçısı olduğunu da qeyd edib. Səlim Babullaoğlu tədbirə görə həm institutun, həm Mədəniyyət və Turizm nazirliyinin rəhbərliyinə təşəkkür edərək turizm sahəsinin maraqlı, yeni və olduqca perspektivli sahə olduğunu dilə gətirib, institutun gələcək ilk məzunlarına uğurlar arzulayıb. Görüşün sonrakı hisssəsi dinləyicilərlə mükalimə üzərində qurulub. Qonaq tələbələrin ədəbiyyat, mədəniyyət, tarix, şəxsi həyat və çoxsaylı başqa mövzularda olan suallarını cavablandıraraq, ara-sıra həm öz şeirlərini, həm də dünya ədəbiyyatından nümunələri səsləndirib. Görüşdə Səlim Babullaoğlu ilə yanaşı gənc şair Fərid Hüseyn də iştirak edib ki, sonda o öz şeirlərindən nümunələr oxuyub.
Tikilib: Şəkil 1
Baxış: 1422 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 3
Qonaqlar: 3
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!