: Siyasi mühit - 19 Марта 2010 - Персональный сайт
Şənbə, 18/05/2024, 23:29
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Mart » 19 » Siyasi mühit
15:38
Siyasi mühit

Anar və Elçin ƏfəndiyevAnarı deputat olmağa Elçin Əfəndiyev qoymayıb!

Elnur ASTANBƏYLİ
 
Taleyüklü məsələlərdə "çırt" səsi çıxmayan, monarxiya, irtica söhbətlərinə münasibət bildirmək zərurəti yarananda işlərinin çoxluğundan, vaxtının azlığından gileylənib jurnalistlərə dirsək göstərən, amma ortaya karyera, vəzifə, mənsəb məsələləri gələndə şirə-pələngə dönən psevdoziyalıların düşərgəsində yeni "qardaş qırğını" başlayıb. "Altmışıncılar"ın iki əsas fiquru - Anarla Elçin Əfəndiyev arasında AYB sədrliyi uğrunda gizli savaş artıq açıq müstəviyə keçib. Fransız nəsrini, Latın Amerikası prozasını "kopyalayıb" özlərinə ədəbiyyatda uçuq-sökük bir sığınacaq düzəltmiş, yazdıqları bir-iki ortabab əsərin arxasında gizlənib yalnız özlərinin deyil, həm də övladlarının gələcəyini təmin etməyi bacarmış bu adamlar bir ayaqları bu dünyada, bir ayaqları o biri dünyada olduğu vaxtda da karyerist maraqlarını boğmağı bacarmırlar. "Altmışıncılar hətta təhqirə də layiq deyillər" - Mişel Uelbek bunu deyərkən nə qədər haqlıdır. Bütün dünyada "altmışıncılar" problemi var. "Altmışıncılar" - bu, artıq özündə merkantilliyi, xudbinliyi, istedadsızlığı, amma o istedadsızlıq hesabına belə, komformizmi, burjuyluğu əldə etmək bacarığını ehtiva edən terminə çevrilib. Anar da, Elçin də, Əkrəm də onların ön sıralarında.
Bir müddət əvvəl Elçin Əfəndiyev AYB-ni yaş yuyub quru sərən bir məqalə yazmışdı. İllərdir bizim Yazıçılar Birliyi haqqında söylədiklərimizi təsdiqləmişdi. Anarın sədri olduğu təşkilatı repressiya illərinin yadigarı, imperiya qalığı, intriqa yuvası adlandırmışdı. Oysa Elçin müəllim bir neçə il əvvələdək AYB-yə qarşı ittihamların qarşısına sinəsini sipər eləyən biri idi. Ќə dəyişdi əcəba? Gün hardan doğdu ki, Elçin Əfəndiyev istənilən AYO-çudan artıq AYo-çu olmaq eşqinə düşdü? Bu suallara cavab vermək çox asandı: Elçin müəllim AYB sədri olmaq üçün Kərəm kimi tutuşub-yanır. Anara qarşı hakimiyyətin münasibətinin dəyişdiyindən də yaxşı xəbərdardı. Çünki onun özü də bu hakimiyyətdə yetərincə üstün vəzifə sahibidir - Baş nazirin müavinidir. İçəridə nələrin baş verdiyini yaxşı bilir. Üstəlik, Ramiz Mehdiyevin AYB haqqında bir müddət əvvəlki tənqidlərinin də təsadüf olmadığının, Yazıçılar Birliyində Anar erasının qapanma dövrünə qədəm qoyduğunun fərqindədir. Odur ki fürsət bu fürsətdir deyib hücuma keçib.
"Yıxılanı baltalamaq" "altmışıncılar"ın qanındadır. Amma bu "yıxılan" Elçinin 40 illik dostudursa, onda necə olsun? Yəni karyera hissi Elçinin gözlərini, 60-cı illərdən bu yana birgə addımladığı insanı həlledici situasiyada sırtından vuracaq qədərmi tutub? Əslində bu suallar bir xeyli yersiz səslənir. Çünki Anarla Elçin arasında 40 illik dostluqdan yox, düşmənçilikdən danışmaq lazımdır. Onlar heç vaxt bir-birlərini səmimi-qəlbdən sevməyiblər, heç vaxt cani-dildən bir-birlərinin yanında olmayıblar. Anar, Elçin və Əkrəm - bu "üçlüyü" özünüqoruma instinktindən başqa heç nə birləşdirməyib. "Kimdən qorumaq",- deyə soruşsanız cavab verim: İsa Hüseynovdan, İsi Məlikzadədən, Sabir Əhmədovdan... Anar, Əkrəm, Elçin kürək kürəyə verməsəydilər istedad baxımından uduzduqları İsa, İsi və Sabirin kölgəsində qalmağa məhkum idilər. Odur ki birləşdilər. Elə ki bu "üçlük" istədiyinə nail oldu, özlərinin cəmiyyətdə üstün obrazlarını yaratdılar, saxta dostluğun kərpicləri bir-bir düşməyə başladı. Əvvəlcə Elçinlə Əkrəm arasında. Sonra Əkrəmlə Anar arasında. İndi isə Anarla Elçin arasında iplər qopur. 40 illik düşmənçilik bütün sürəti ilə işə düşüb. İlyarım əvvəl Anarla Elçin arasında bir "qısaqapanma" oldu. Elçin atasının yubileyinin keçiriləcəyi günlərdə Anarın çıxıb Türkiyəyə getməsindən qəzəbini üstüörtülü şəkildə ictimaiyyət arasına çıxardı. Çox keçmədi, Anar ünvanına atılan "daş"ı götürüb eyni hirslə sahibinə tolazladı. Beləcə, Elçin dedi, Anar dedi, Elçin dedi, Anar dedi... Və "dedim-dedi" janrında bu qapışma sonda onunla nəticələndi ki, indi Əfəndiyev Anarın atası Rəsul Rzanın yubileyinin təmtəraqlı qeyd edilməsi haqqında prezident sərəncamı ola-ola, vəzifə səlahiyyətlərindən istifadə edib, bunu ildən-ilə yubadır.
Artıq məsələ daha ciddiləşib: Elçin AYB sədrliyi uğrunda həlledici hücuma keçib. Onun AYB-nin 75 illiyinə həsr olunmuş yazısını bu hücumun manifesti adlandırmaq olar. Biz görmüşük yubiley yazısı xoş hisslər üstündə köklənər, amma Elçinin məqaləsində o xoş hisslərdən əsər-əlamət yoxdur. Əvəzində tənqidin, ittihamın biri bir qəpikdir. Sağdan-soldan döşəyib AYB-yə, üstəlik, bircə dəfə də olsun Anarın adını çəkməyib, onun 20 illik sədrliyi barədə bircə kəlmə də isti söz yazmayıb. AYB sədrinin Elçinə cavabı da, ən azı Baş nazirin müavininin tənqidləri qədər sərt və aqressivdir. Rzayev "Demokrat" qəzetinin son sayında öz mətbuat xidməti rəhbərinin dili ilə Əfəndiyevə dişinin dibindən çıxanı söyləyib. Orada Elçin qorxaqlıqdan tutmuş intriqabazlığa qədər saysız ittihamlara "qonaq" edilib. 40 illik düşmənçilik artıq əxlaq sərhədlərini belə, aşmaqdadır. Qurultay yaxınlaşdıqca bu cür qarşılıqlı söz atışmaları daha da artacaq, daha da kəskin üslub alacaq, buna zərrəcə şübhə yoxdur.
Çünki məsələ yalnız sədr postu uğrunda savaş deyil. Məsələ həm də Anarın 2005-ci ildə heç kimin gözləmədiyi halda mandatsız qalması ilə bağlıdır. Bildiyimə görə, Rzayev 5 il əvvəl Milli Məclisdən kənarda saxlanılmasının günahını məhz Əfəndiyevdə görür. Bu yaxınlarda Anar müsahibə verib 2005-ci ildə ona deputatlığa namizədliyinin irəli sürülməsi ilə bağlı təklif gəldiyini, amma sonradan bu planın məqsədli şəkildə pozulduğunu demişdi. "Bəzi şeylər var, açıqlamaq istəmirəm",- söyləmişdi. O "bəzi şeylər"in baş qəhrəmanı məhz Elçin Əfəndiyevdir. Anar son anda onun mandatsız buraxılmasının məhz Baş nazirin müavininin müdaxiləsi olduğunu düşünür, hətta bu düşüncəsini ən yaxın çevrəsində dilə gətirməkdən çəkinmir. Amma Elçin sədrlik iddialarını gücləndirdikcə, Anarın həmin "bəzi şeylər"i geniş ictimaiyyətə açıqlamayacağı nə məlum?
Baxış: 1139 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!