: SIYASET - 4 Февраля 2010 - Персональный сайт
Şənbə, 18/05/2024, 22:49
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Fevral » 4 » SIYASET
02:08
SIYASET


«HEYDƏR ƏLİYEV MÜXALİFƏTİ QORUYURDU...»

«MƏN İQTİDARI DA, MÜXALİFƏTİ DƏ YAXŞI TANIYIRAM»
«Eldəniz Elgünlə Açıq söhbət»in qonağı 6 il Heydər Əliyevin köməkçisi işləmiş politoloq Eldar Namazovdur
- Eldar müəllim, niyə görünmürsünüz? Son vaxtlar müxalif blokların içərisində, bu bloklarda baş ver
ən qalmaqallarda Siz yoxsunuz?
                    XATİRƏ
-1 (Bu tanışlığın tarixi 1993-cü ilin yazına gedib çıxır. Səhv etmirəmsə, mart, ya da aprel ayı idi. Ona kimi bizim şəxsi tanışlığımız yox idi. Hadisələr elə inkişaf etdi ki, mən Naxçıvana uçmalı oldum. Moskvada çap olunan bir nüfuzlu jurnal Heydər Əliyevdən müsahibə almaq istəyirdi. Əliyev də buna razılıq vermişdi. Jurnalın nümayəndəsi gəlməli idi Bakıya, burdan da uçmalı idi Naxçıvana. Lakin qəfildən bəlli oldu ki, həmin gün jurnalın əməkdaşı gələ bilmədi. Oradan təklif gəldi ki, onun yerinə mən gedə bilərəm Heydər Əliyevdən müsahibə almağa. Dedim ki, axı mən jurnalist deyiləm. Bununla belə, Heydər Əliyev kimi böyük siyasətçi ilə söhbət etmək mənə çox maraqlı olardı. Onu da deyim ki, mən o zaman Strateji Araşdırmalar Mərkəzinin rəhbəri idim. Ancaq onu da bilmirdim ki, Heydər Əliyev jurnalın əməkdaşının yerinə mənə müsahibə verməyə razıdırmı. Elə bu zaman xəbər gəldi ki, cənab Əliyev mənimlə görüşməyə və müsahibə verməyə hazırdır).
"SİYASƏTLƏ MƏŞĞUL OLMAQ ÜÇÜN PARTİYA SƏDRİ OLMAĞA EHTİYAC YOXDU...”
- Sizin bu sualınızda maraqlı bir etiraf var. Bu etiraf ondan ibarətdir ki, ölkədə bir çox hallarda siyasətlə məşğul olmaq siyasi qalmaqallarda iştirak etmək kimi anlaşılır. Eyni zamanda daha bir şərt odur ki, siyasətçinin adı hansısa didişmələrdə hallansın. Mən bir neçə il öncə bəyan etdim ki, bir daha belə bir qalmaqallarda iştirak etməyəcəyəm. Buna vaxt itirməyin və enerji sərf etməyin əhəmiyyəti yoxdur. Mən siyasəti başqa cür təsəvvür edirəm. Hesab etmirəm ki, adamın adının qarşısında hansısa siyasi partiyanın sədri titulu yazılsın ki, o özünü siyasətçi hesab etsin. Belə partiyalar Azərbaycanda yüzlərlədir. Mənə də deyirlər ki, bu qədər nüfuzun var, niyə yeni bir siyasi partiya yaratmırsan? Güman edirəm ki, Azərbaycanda bu gün hansısa siyasi partiyanın yaradılması heç bir effekt verməyəcək. Fikrimcə, Azərbaycanda siyasi proseslərə təsir etmək üçün ilk növbədə ictimai fəallıq lazımdır. Ölkənin müxtəlif təbəqələri ilə işləmək lazımdır. Cəmiyyətin fəallığı olmasa, sənin adının qabağında bir deyil, lap 3 siyasi partiyanın sədri sözünün yazılmasının əhəmiyyəti yoxdur. Mən əvvəlki kimi öz fəaliyyətimi davam etdirirəm. Regionlarda silsilə görüşlərim oldu. Cənub zonasında, Gəncəbasarda cəmiyyətin müxtəlif təbəqələri ilə maraqlı söhbətlərimiz oldu. Forumlarımız, gənclərlə görüşlərimiz də bu məqamda yarandı. Beynəlxalq əlaqələrimizi də genişləndiririk. Bu yaxınlarda mən Brüsseldə oldum. Avropa Parlamentinin nümayəndələri ilə görüşlər keçirdim. Bütün bunlar o deməkdir ki, mənim siyasi fəaliyyətim davam edir. Ancaq sizin dediyiniz kimi, mən siyasi qalmaqallarda iştirak etmirəm.
- Bu yaxınlarda bir müəllif yazısı yazmışdım. Orda göstərdim ki, ölkədə ənənəvi siyasət heç bir fayda vermir. Siyasi partiya xətti artıq uğursuzluğa düçar olub. Bu durumda yeganə çıxış yolu ictimai təşkilatların fəallaşmasıdır. Burda eyni zamanda Sizin də rolunuz qabardılmışdı. Necə düşünürsünüz, bir yanda ənənəvi siyasi müxalifət, digər yanda keçmiş komsomolçu hakimiyyət... İctimai qüvvələr bu iki qüvvə arasından üçüncü qüvvə kimi çıxa biləcəkmi?
"MƏN İQTİDARI DA, MÜXALİFƏTİ DƏ YAXŞI TANIYIRAM”
XATİRƏ -2 (Onda mən həmin jurnalistin bileti ilə Naxçıvana uçdum. Mən otağa girən kimi diktofonumu və bloknotumu çıxartdım. Heydər Əliyev güldü və dedi ki, onları gizlət, mən səninlə tanış olmaq istəyirdim, ona görə bu görüşə razılıq verdim. Biz bir neçə saat ölkədəki durumla bağlı söhbət etdik və o mənə daha çox suallar verdi. Nəhayət mən dedim ki, təyyarənin Bakıya uçmaq zamanıdır, mən qayıtmalıyam, icazə verin gedim. Dedi yox, bu gün qalırsan, sabah səhər səni yola salacağıq).
- Yaxın tariximiz və beynəlxalq siyasi təcrübə göstərir ki, bu bir siyasi texnologiyadır. Mən sizə bir nümunə çəkə bilərəm ki, mərhum Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gələndə III qüvvə texnologiyasından istifadə etmişdi. Elə bil ki, iki qüvvə arasında gedən mübarizədə, konkretləşdirsək, AXC hakimiyyəti ilə Surət Hüseynov arasındakı konfliktdə həm cəmiyyətin, həm də hakimiyyətdə olan qüvvənin böyük hissəsinin etimad göstərdiyi qüvvə Heydər Əliyev oldu. Qardaş Türkiyəni götürək. AKP hökuməti də hakimiyyətə eyni texnologiya ilə gəldi. Bu mənada mən tam əminliklə deyirəm, Azərbaycanda o zaman yeni qüvvə hakimiyyətə gələ bilər ki, onu cəmiyyətlə bərabər hakimiyyətin və müxalifətin də bir hissəsi qəbul etsin. Nə hakimiyyət, nə də müxalifət bir rəngdə deyil. Bu qüvvələrin özündə də müxtəlif fikirlər var. Ona görə də elə bir siyasi qüvvə və siyasi mərkəz olmalıdır ki, onun ortaya qoyduğu ideyanı bayaq dediyim qüvvələr qəbul etsin. Ancaq belədə hansısa ciddi dəyişikliklər ola bilər. Düşünürəm ki, bu cür siyasi dəyişikliklər nə vaxtsa Azərbaycanda da olacaq. Mən bu ölkədə müxalifəti və iqtidarı yaxşı tanıyıram. "Hakimiyyət monolitdir, müxalifət isə dağınıqdır və ona qarşı mübarizə apara bilməz” kimi fikirlər həqiqətdən uzaqdır. Hə iki cinahda dəyərli insanlar var. Amma çözüm başqa xətlə gedir. Bu məsələ nə vaxtsa reallığa çatmalıdır.
"MÜXALİFƏTİN BLOKLAŞMASI HƏM DƏ HAKİMİYYƏTİN SSENARİSİDİR...”
- Hər seçki ili müxalifət yeni blok yaratmaq işinə girişir. Nəticədə seçki ili üçün vacib olan əsas məqamlar yaddan çıxır. Sizcə, bu, iqtidarın yaratdığı seçki texnologiyasının tərkib hissəsidir, yoxsa müxalif liderlərin bacardığı elə bu qədərdir?
XATİRƏ-3 (Həmin gün Heydər Əliyevin iki xarici qonağı vardı Türkiyə və Çeçenistandan. Təklif etdi ki, bu iki görüşdə ona kömək edim. Və hər iki görüşdən əvvəl biz bir saat fikir mübadiləsi apardıq. Mən bildiklərimi ona çatdırdım. Güman edirəm ki, Heydər Əliyevdə elə o zaman belə bir fikir yaranmışdı ki, hakimiyyətə gələn zaman mən onun köməkçisi olacağam).
- Bunun bir neçə səbəbi var. Azərbaycanda heç bir siyasi partiyanın elə potensial imkanı yoxdur ki, bütün ölkə ərazisində, bütün dairələr üzrə namizədlər versin və onları müdafiə edə bilsin. Nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda siyasi partiyalar çox zəifdir. Əgər onları 10 il əvvəlki durumla müqayisə etsək, bəlli olar ki, resursları, imkanları və hətta fəalları azalıb. Ona görə də bu bloklaşmaya bir təbii səbəb var. Eyni zamanda hər seçkidə müxalifətin bloklaşması həm də hakimiyyətin ssenarisinin tərkib hissəsidir. Hakimiyyət çalışır ki, hakimiyyətə qarşı yaranan bu blokda ona yaxın olan qüvvələr də olsun və proseslərin müəyyən məqamında bu blokun addımlarına nəzarət etmək imkanı olsun. Hərdən müxalif blok elə qərar qəbul edir ki, adama təəccüblü gəlir, nəyə görə müxalif blok belə bir qərar qəbul etdi, axı bu onların ziyanınadır. Səbəb hakimiyyətin qurduğu ssenaridir. Ancaq mənim şəxsi qənaətim bundan ibarətdir ki, hakimiyyətin qurduğu ssenarilər ildən-ilə sınır. Bunun da hansısa vaxt limiti var. Elə bir zaman gəlib çatacaq ki, artıq bu ssenarilər işləməyəcək. Hələlik bizim gördüyümüz ondan ibarətdir ki, hakimiyyət hər seçki ilində ssenarilər qurur və istədiyinə nail olur. Mən sizə bir vacib məqamı deyim. Azərbaycan müstəqillik qazanandan bu ölkədə avtoritet quruluş yaratmaq daha asandır, nəinki demokratik quruluş yaratmaq. Bu çox vacib məqamdır. Hamı belə düşünür ki, görün hakimiyyət nə qədər güclüdür, öz istədiyinə nail olur. Əslində isə hakimiyyət ən asan yolla gedir. SSRİ dağılıb. Tariximizdə çox az bir dövr olub ki, biz ADR zamanı demokratik quruluşda yaşamışıq. Qalan bütün dövrlərdə ölkədə avtoritar quruluş olub. Bu baxımdan cəmiyyətin psixologiyasını bir-iki ilə dəyişmək çox çətindir. Əslinə qalsa, Azərbaycan müstəqillik əldə edəndən sonra ölkə siyasətçiləri üçün ən çətin yol demokratik siyasi quruluşun yaradılması olub. Bu çox çətin proses idi. Sənin rəqiblərin, müxalifət səni tənqid edəcək və cəmiyyət tərəfindən təpki görəcəksən. Çünki cəmiyyət illərlə başqa rejimdə yaşayıb. Hakimiyyətinin, polis rejiminin, xüsusi xidmət orqanlarının köməyi ilə rəqibləri əzib öz avtoritar rejimini qurmaq ən asan yoldur. Təəssüflər olsun ki, hakimiyyət hələ də ən asan yolla gedir. Heydər Əliyev kimi təcrübəli bir insan bunu çox gözəl başa düşürdü. O bilirdi ki, belə bir quruluşu çox tez yaratmaq olar. Ancaq Heydər Əliyev çevik bir siyasətçi kimi onu da anlayırdı ki, dünya dəyişir, yenidən köhnə modeli qurmaqla heç nə alınmayacaq. O öz işlək sistemini qurmaqla yanaşı, Avropa və Amerika ilə də əməkdaşlığını qururdu. Doğrudur, bu işdə tələsmirdi, ancaq lazımi addımlar atılırdı. Yada salın onun zamanında olan mənzərəni. Bütün siyasi partiyaların şəhərin mərkəzində ofisləri vardı, onlara siyasi mübarizə üçün şərait yaradılırdı, şəhərin mərkəzində mitinqlər təşkil olunurdu, bütün seçkilərdə real mübarizənin şahidi idik. Hətta 1998-ci il prezident seçkilərinin Heydər Əliyev üçün nə qədər ağrılı keçdiyi hamının yadındadır. O zaman Etibar Məmmədovla mübarizə çox çətin oldu. Bilirsiniz ki, hələ də 1998-ci il seçkilərinin rəsmi nəticələri heç bir rəsmi mətbu orqanda dərc olunmayıb. Ancaq Heydər Əliyev nəyi necə etməyi daha yaxşı bilirdi. Onu da bilirdi ki, o, tarixdə hansı adla qalacaq. Bu baxımdan mərhum prezidentin yanaşması başqa idi. Təəssüflər olsun ki, bu gün həmin yanaşmadan əsər-əlamət görmürük. Bu hakimiyyət ancaq müxalifəti güclə sıxmaq yolu tutub.
"HEYDƏR ƏLİYEVİN DÖNƏMİNDƏ İKİ QRUP HƏQİQƏTƏN VARIYDI...”
XATİRƏ-4 (Hələ o, Milli Məclisin sədri olan zaman köməkçiləri məni dəvət etdilər. Sonra isə prezident səlahiyyətləri təsdiqləndi və o zamankı dövlət katibi Lalə xanım Şövkət məni Aparata dəvət etdi və bildirdi ki, Heydər Əliyev səni köməkçisi kimi görmək istəyir. Mən o zaman Naxçıvan görüşümüzü xatırladım. O zaman mən razı olmadım. Sonra mərhum prezident məni yanına dəvət etdi, söhbətləşdik və razı oldum).
- Belə informasiyalar var ki, Heydər Əliyevin zamanında da bir tərəfdə demokratik islahatların aparılmasını tələb edən qüvvələr, digər tərəfdə isə hər şeyin olduğu kimi qalmasında maraqlı olan qüvvələr mövcud imiş. Bu nə qədər real informasiyadır?
- Həqiqətən də belə müzakirələr var idi, ancaq çox dar çərçivədə. Hər halda mən bu barədə mətbuatda geniş danışmamışam. Mən şəxsən 1996, 1997, 1998-ci illərdə bu barədə mərhum Heydər Əliyevlə müzakirələr aparmışam. Mən ona hətta 12 istiqamətdə islahatlar aparılması üçün təkliflər paketi də hazırlamışdım. O da mənə bildirmişdi ki, bu haqda çox ciddi düşünəcək və qərarını mənə deyəcək. Ancaq bir müddət sonra məni çağırdı və dedi ki, mən bir çox məmurlarla söhbət etmişəm, onlar deyir ki, heç nəyi dəyişməyə ehtiyac yoxdur, hər şey qaydasındadır. Mən də əlavə etdim ki, Siz 1998-ci il seçkilərində bunun yanlış olduğunu görəcəksiniz. Seçkilərdə məlum problem yaşandı. Sonra Heydər Əliyev mənə dedi ki, gərək sən iki il əvvəl verdiyin təkliflərin üstündə israrla dayanaydın. Təəssüflər olsun ki, elə həmin adamlar bu gün də İlham Əliyevi inandırırlar ki, bu yoldan yaxşı yol yoxdur və bu yolla da getməliyik.
- Heydər Əliyevin zamanında bir balanslaşdırma siyasəti var idi. O zamankı balanslaşdırma siyasəti ilə indiki balanslaşdırma siyasətinin fərqi nədədir?
- Balanslaşdırma xarici siyasətə aiddir. Bu çox vacib məqamdır. Heydər Əliyevin daxili siyasəti də fərqli idi. O hesab etmirdi ki, ölkədə siyasi müxalifət olmamalıdır. Heydər Əliyevin əlində müxalifəti əzmək üçün bütün imkanlar var idi, ancaq o bu imkanlardan istifadə etmirdi. Heydər Əliyevin otağında hətta müxalifət qəzetlərinin rəhbərləri çıxış edir, fikirlərini bildirirdilər və bunu bütün telekanallar göstərirdi. Heydər Əliyev anlayırdı ki, Avropa və Amerika ilə çox sıx münasibətlər yaradılmalıdır. Eyni zamanda Türkiyə ilə qardaş münasibətləri vacibdir. Onu da deyim ki, Türkiyə-Azərbaycan münasibətləri heç zaman Heydər Əliyevin zamanında olduğu qədər yüksək səviyyədə olmayıb...
- Çox üzr istəyirəm, burda sözünüzü kəsirəm, bu mövzunu sonra davam etdirərik. Heydər Əliyev sovet dönəmində yaşamış, SSRİ kimi böyük dövlətin Siyasi Bürosunda olmuş insan idi. Onda Avropa və ABŞ sevgisi haradan idi?
Müsahibəni sizə qısa ixtisarla təqdim edirik. Ətraflı «Açıq Fikir» qəzetində oxuya bilərsiniz.
(ardı var)
Hazırladı: Ceyhun Nağı
Baxış: 1141 | Əlavə etdi: afgan73 | Teqlər: Eldeniz Elgwn, siyaset, Eldar Namazov, afgan | Reytinq: 5.0/3
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!