: Proqnoz - 20 Января 2010 - Персональный сайт
Bazar, 19/05/2024, 01:13
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Yanvar » 20 » Proqnoz
18:48
Proqnoz
            Sebuhi Rəhimli                       Astroloq Səbuhi Rəhimlidən şok proqnozlar!

"Gələn il siyasi qətllər, sui-qəsdlər, terror aktları gözlənilir"
Bir neçə gündən sonra 2010 2009-cu ili əvəzləyəcək. Qarşıdan gələn 2010-cu il astroloji təvimə görə Pələng ilidir. Hər il olduğu kimi, tanınmış astroloq, "Qoroskop" qəzetinin baş redaktoru Səbuhi Rəhimli qarşıdan gələn ildə gözlənilən hadisələrlə bağlı proqnozlarını bizimlə bölüşdü. Astorolqun proqnozlarına görə, 2010-cu il siyasi cəhətdən aktiv və gərgin, kriminal cəhətdən qarışıq, tibbi və təbii fəlakətlər baxımından sakit, iqtisadi cəhədən isə stabil olacaq.
- Qarşıdan gələn il Pələng ilidir. Bu da 2010-cu ilin fevralın 14-də başlayacaq və 2011-ci ilin fevralın 2-nə qədər davam edəcək. İlin aparıcı bürcləri Şirlə Qoçdur, aparıcı, yaxud düşərli illəri Pələngin özü, at və it illəridir. Pələng ili bir qədər ağır il sayılır. Həm tarixi xronoloji, həm astroloji baxımdan nəzərə alaq ki, iki dünya müharibəsinin ikisinin də qığılcımları məhz Pələng ilində olub. Müharibələr, iğtişaşlar və bu kimi qarışıqlıqlar bu illərdə daha çox olur. Futbol üzrə çempionat da ilk dəfə Pələng ilində olub. Amma daha çox müharibə illəri kimi yadda qalır. O baxımdan bir qədər ehtiyatlı olmaq lazım gələcək.
- Bəs, Pələng ili Azərbaycana nə vəd edir?
- Öncə onu deyim ki, Qarabağla bağlı hər hansı yenilik olmayacaq. Əvvəlki dövrlərdə də dediyim kimi, 2012-ci ilə qədər işğal olunmuş heç bir torpaq qayıtmayacaq. Yəni Pələng ilində də Qarabağ məsələsi ilə bağlı hər hansı irəliləyiş baş verməyəcək. Daha doğrusu, bunun reallaşması üçün şərait olmayacaq. Amma 2010-cu ili siyasi cəhətdən Azərbaycan üçün sensasiyalı ölkə adlandırmaq olar. Bunu bəribaşdan tam açıqlamaq istəmirəm. Onu deyə bilərəm ki, çox şeylər dəyişəcək.
- Nəyi nəzərdə tutursunuz, hakimiyyət dəyişikliyi ola bilərmi?
- Xeyr. Söhbət iqtidar-müxalifət münasibətlərindən getmir. 2010-da parlament seçkiləri keçiriləcək. Bu seçkidə də ənənəvi olaraq müxalifətə nə qədər yer ayrılırdısa, bu dəfə də elə olacaq. Bundan başqa ciddi nəsə olmayacaq. Ona görə deyirəm ki, söhbət bu müstəvidən getmir. Lakin iqtisadi böhranı nəzərə alsaq, Pələng ilində mülkiyyət uğrunda savaşın dərin qatlara işləməsinin şahidi olacağıq.
- Söhbət hakimiyyətdə təmsil olunan oliqarx-məmurlardan gedir?
- Bəli. 2010-da hakimiyyətdaxili intriqalar bu vaxta qədər görünməmiş həddə çatacaq. Bu savaşın kökündə isə daha çox kapital əldə etmək olacaq. Bu savaşda ötən dövrlərdə gördüyünüz kimi, bəzi məmurların, belə deyək, xırda padşahların, icra başçılarının, komitə sədri, bəlkə də nazir səviyyəsində belə, bəzi məmurların sıradan çıxarılmasının şahidi olacağıq.
Bundan başqa, qorxulu tendensiyalar - Pələng ilində müəmmalı ölümlər, sirri açılmamış qətllər olacaq. Necə ki, Ziya Bünyadovun, Etibar Erkinin qətlləri qapalı qaldı, bu il də analoji hadisələr gözlənilir.
- Bildiyiniz kimi, general Rail Rzayevin də qətli açılmadı. Yəni yüksək rütbəli dövlət adamlarının da qətli gözlənilirmi?
- Gözlənilir. Qeyd etdiyim kimi, bilinməyən, faili-məchul qətllər ola bilər. Yəni Pələng ili təhlükələrlə, yalanlarla dolu bir ildir. Dünya müharibəsini istisna edirəm, amma siyasi qətllər, sui-qəsdlər, terror aktlarının şahidi olacağıq. Məhəlli müharibələr olacaq və bu proseslər geniş vüsət alacaq. Kimlərsə bunu dünya müharibəsi kimi başa düşə bilər, amma nə 2010, nə 2011-də dünya müharibəsi gözlənilmir.
- Səbuhi bəy, deyirsiniz ki, hakimiyyət daxilində mülkiyyət uğrunda mübarzədə kimlərsə vəzifəsini itirəcək. Bunlar arasında iri oliqarx-məmurlar olacaqmı?
- İstisna etmirəm, ancaq daha çox "kiçik padşah"lar qurban veriləcək. Tutaq ki, nazir olmasa da, nazir müavinləri, komitə sədri, hansısa icra başçıları vəzifələrini itirə bilərlər. Ötən ilki proqnozlarımda demişdim ki, üç nazir səviyyəli şəxs istefaya gedəcək, onlar da getdilər. Bu baxımdan nazir səviyyəli məmurların vəzifələrini itirməsi bu il də olacaq. Konkret hansı nazirin gedəcəyi ilə bağlı proqnoz verməkdə çətinlik çəkirəm. Bircə onu qəti şəkidə deyə bilərəm ki, bu il hakimiyyət daxilində son beş ilin ən qızğın mübarizəsi gedəcək.
- Bəs, Pələng ili müxalifətə nə vəd edir?
- Elə də ciddi dəyişikliklər gözləmirəm. Olsa-olsa AXCP-Müsavat birləşməsinin nəticəsində nəsə ola bilər. Əgər bu birlik baş tutmasa, Əli Kərimli üçün çətin bir dövr olacaq. Onların birləşməsi, məncə, tarixi bir yetişkənlik hadisəsi kimi görünəcək. Bəlkə kimsə buna adi hal kimi baxır, amma mənim fikrimcə, AXCP ilə Müsavatın birləşməsi müxalifətin dirçəlməsinə səbəb ola bilər. Bir də ki, unudulmuş, pərdə arxasında olan siyasi qüvvələrin, siyasi kitlərin meydana yenidən atılması prosesinin də şahidi olacağıq.
Bundan başqa, yeni müxalifət yaradılması istiqamətində də ciddi addımlar gözlənilir. Əvvəlki illərdə də belə şeylər olmuşdu, amma bu il sistemli şəkildə təkcə müxalifət yox, yeni siyasi qüvvələrin meydana çıxması gözlənilir. Amma bu da dövri xarakter alacaq. Ola bilsin ki, bu, parlament seçkilərinə hesablanacaq. Yəni həmin qüvvələr meydanda qala bilməyəcəklər.
Xüsusiylə qeyd edim ki, 2010-da məmurların, hakimiyyətdə təmsil olunan yüksək rütbəli şəxslərin övladlarının siyasi arenada yer tutması istiqamətində də ciddi işlər gedəcək. Ola bilsin ki, hansısa məmurun övladı yüksək vəzifəyə təyin olunacaq, yaxud hansısa başqa formada gündəmə gətiriləcək.
- 2010-da ana müxalifət missiyasını kim öz üzərinə götürəcək?
- Orta səviyyədə olan siyasətçilər bu il bir qədər də zəifləyəcəklər. Hətta mühacirətdə olan Rəsul Quliyev, Rövşən Cavadovun qardaşı Mahir Cavadovun qoroskop xəritəsinə baxanda onlarda bir aktivlik olacağını müşahidə etmədim. Olsa-olsa AXCP-Müsavat birliyinin sonucunda müxalifət qismində hansısa qüvvə meydana gələ bilər. Bu şans da avqusa qədər onlara verilib. Əgər avqust ayına qədər bu birlik baş tutmasa, yaxın bir neçə ilə belə bir yaxınlaşma mümkün olmayacaq.
Yadınızdadırsa, 2008-ci ilin əvvəlində verdiyim müsahibəmdə demişdim ki, bu il elə bir il olacaq ki, elə bil prezident seçkiləri ili deyil. Yəni əgər qeyd etdiyim kimi, birlik alınmasa, 2010 da buna bənzər bir il olacaq.
- Ümumiyyətlə, parlament seçkiləri ilə bağlı konkret bir proqnozunuz varmı?
- Elə də ciddi dəyişiklik olmayacaq, deyərdim ki, ənənəvi olaraq "təyinat" olacaq. Amma Milli Məclisin tərkibi 30-40 faiz yeniləşəcək.
- Qarşıdan gələn ildə hakimiyyətdən, müxalifətdən, yaxud ictimaiyyətdə tanınmış şəxslərdən kimlərinsə həbsi gözlənilirmi?
- İstisna olunmur. Amma ötən ilə nisbətən ictimai-siyasi arenadan həbs olunanların səviyyəsi minimum hədd olacaq. Ola bilər ki, kimlərsə dövri olaraq həbs olunsun, amma uzun müddətli həbslər gözlənilmir. Mətbuat nümayəndələrinə gəlincə, Qənimət Zahid, Eynulla Fətullayev kimi uzun müddətliyinə həbs olunan həmkarlarımız olmayacaq.
- Gələn il təbii fəlakətlər, fövqəladə hadisələr gözlənilirmi?
- Açığı, qarşıdan gələn il də sarı rəngdədir. Min illərin təcrübəsi göstərir ki, sarı rəngdə olan illərdə kütləvi xəstəliklər olur. Ötən illər ard-arda sarı rəngdə oldu. Görüdüyünüz kimi, ötən illər "quş qripi", bu il "donu qripi" dünyada tüğyan elədi. Pələng ili ilə bağlı proqnozlarda da bu kimi gözləntilər var. Yəni gələn il də infeksion xəstəliklər, geniş vüsət alan viruslar yayılacaq. Amma sevindirici hal odur ki, geniş yayılacaq xəstəliklər Azərbaycandan uzaq olacaq. Gördüyünüz kimi, Türkiyədə, Ukraynada "donuz qripi" virusu milyonlarla insanı cənginə aldı, amma Azərbaycanda bu virusa 20 nəfər belə yoluxmadı. Bir sözlə, dünya çapında öldürücü xəstəliklər olacaq, amma Azərbaycan bundan kənarda qalacaq.
Təbii fəlakətlər cüzi miqdarda baş verəcək. İnsan ölümünə səbəb olacaq zəlzələ, daşqın Azərbaycanda gözlənilmir.
- İqtisadi sahədə necə, bahalaşma, aclıq, hansısa məhsul qıtlığı gözlənilirmi?
- Çox təəssüf edirəm ki, iqtisadi krizis davam edəcək, dərinləşən, dayazlaşan vaxtı olacaq. Düşünürəm ki, gələn ilin fevral-aprel aralığı iqtisadi böhranın dərinləşən dövrüdür. Avqust ayınacan bir qədər düzələcək, sentyabrda yenə də dərinləşməyə doğru gedəcək. Hesablamama görə, iqtisadi böhran 2011-ci ildə yekunlaşmalıdır, o da ilin ikinci yarısında.
- Vanqanın mətbuatda gedən son proqnozları ilə bağlı fikirlərinizi də öyrənmək istərdik...
- Vanqa belə bir proqnoz verməyib. Dünya müharibəsi ilə bağlı bir çox illərdə pronqozlar verilib. Bunların hamısı siyasət hoqqabazlarının işidir. Bunun 2012-ci ildə olacağı da bildirilirdi, hətta film də çəkilmişdi. Bütün bunlar ona əsaslanır ki, qədim Maya təqvimində yazılanların hamısı indiyə qədər düz çıxıb. Sadəcə olaraq, orda tarix 2012-ci ildən o tərəfə göstərilmir. İndi də bəziləri buna əsasən deyir ki, guya dünyanın axırıdır. Amma dünyanın sonu haqqında o təqvimdə bir kəlmə də yoxdur.
Nostradumusun 2700-ci illərə qədər proqnozları var. Başqa öncə görənlərdə 3000-ci illərə qədər proqnozlar verilib. Həm də biz müsəlman ölkəsiyik və dini arqumentləri əsas götürüb deyə bilərik ki, müəyyən göstəricilər var. Məsələn, qiyəmətə 30 il qalmış bir dənə də namaz qılan adam qalmayacaq. Amma biz bu gün onun tərsini görürük. Yəni bu aspektdən baxanda dünyanın sonunun uzaq illərdə olduğunu deyə bilərik.
Baxış: 1418 | Əlavə etdi: afgan73 | Teqlər: Sebuhi rehimli, proqnoz | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!