: Poeziya - 2 Апреля 2010 - Персональный сайт
Şənbə, 18/05/2024, 23:50
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Aprel » 2 » Poeziya
14:22
Poeziya

                                       Səbinə GÖZƏLOVA
 GÖRDÜM VAQİFİ
 
(MOLLA PƏNAH VAQİFƏ HƏSR EDİRƏM)

Ey səba, yarə de ki, avarə gördüm Vaqifi,
Qəm əlindən bikəsü - biçarə gördüm Vaqifi,
Bağrı olmuş sərbəsər sədparə gördüm Vaqifi,
Aqibət salmış özün odlarə gördüm Vaqifi,
Gecə-gündüz müntəzir didarə gördüm Vaqifi.

Bir yanar atəş salıb pərvanə tək əzainə,
Oxşayıbdır dəhrdə aşiqlərin risvasinə,
Nalə eylər gecə-gündüz, yalvarır mövlasinə,
Baş qoyub eylə sənin ol zülfünün sevdasinə,
Bir zaman basmaz ayaq bazarə, gördüm Vaqifi.

Qaməti-mövzun ilə bir sərvi-gülşənsən, gözəl!
İki dünyanın səfavü zövqünə tənsən, gözəl!
İtməyə gözdən, könüldən ayrısan, gensən, gözəl!
Fikri, zikri, dediyi, danışdığı sənsən, gözəl.
Mayil olmaz hər yetən köftarə, gördüm Vaqifi.

Qaşlarından ayrı ol mehrabı görməz gözləri,
Eyləməz şəmsə nəzər, məhtabi görməz gözləri.
Arizin istər, güli-sirabi görməz gözləri,
Ağlar eylə gecə-gündüz, xabı görməz gözləri,
Yandırıbdır canını odlarə, gördüm Vaqifi!

Söylə kim, başın üçün, bir lütf qıl, ey gülüzar!
Sallanıb sərvi-rəvan tək bu yana eylə güvar,
Gecə-gündüz dərdü qəm etmiş məni candan bezar,
Görməyə didarını hərdəm çəkər çox intizar,
Gözlərin dikmiş baxar yollara gördüm Vaqifi....
Baxış: 1054 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!