: Medeniyyet - 13 Марта 2010 - Персональный сайт
Bazar, 19/05/2024, 01:30
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Mart » 13 » Medeniyyet
21:29
Medeniyyet

                                 OXU TAR
1978-ci ildə Kolayır kəndində Bərdə şəhər musiqi məktəbinin filialı açıldı. O dövrdə ucqar bi kənddə musiqi məktəbinin açılması XIX əsrin əvvəllərində Zaqafqaziyada Qori seminariyasının yaranmasına bərabər inqilab idi. Xüsusilə də, qızlar üçün. Məktabə cəmi 5-10 nəfər şagird, o cümlədən tar sinfinə bircə nəfər qız qəbul edildi. Bu qız gülgəzli kənd orta məktəbinin VIII sinif şagirdi Muradova Kəmalə idi. tarı özündən azacıq kiçik olan bu qız hər gün birinci növbə orta məktəbdə oxuyur, ikinci növbə isə musiqi məktəbinə gedirdi. Zəif cüssəli qızcığaza çətinlik gətirən təkcə fiziki yorğunluq deyil, həm də hələ də kamillik zirvəsindən çox aşağıda dayanan tənəli münasibətlər idi. Ziyalı sayılan, müəllim adını təsadüfi zəbt edən insanların onu qınağa çəkdiklərinin canlı şahidiyəm. lakin onun yaxınları, zərif hissləri onun qanına hopduran və bu hissləri daim inkişaf etdirən himayədarları ona böyük dəstək oldular.
Gözəl deyiblər ki, dünya yaxşılarındır. Həmin illərdə 1 №-li musiqi məktəbinin direktoru işləmiş Yusif Vəliyevin adını bu gün də çəkməmək nankorluq olardı. Məhz onun səmərəli zəhməti və əhatəli qayğısı nəticəsində Kəmalə 5 illik musiqi məktabinin tar söbəsini 4 ildə bitirdi və 1987-ci ildə Ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinin tar şöbəsinə daxil oldu. 4 illik xidmət və sevgi dolu bir ömür...
süleyman Ələsgərov, Şövkət Ələkbərova və Mais salmanovun xeyi-duası ilə verilən fərqlənmə diplomu bu illərin əsl göstəricisidir.
- Sən mütləq konservatoriyaya daxil olmalısan - belə demişdi korifeylər. Ancaq onun qəlbində sənət sevgisi ilə qoşq yaşayan gənclik sevgisi belə qərar verdi: "Öyrəndiklərimi öyrədə bilsəm, bəsimdi”.
Kəmalə doğma kəndə qayıdıb oxuduğu və hələ də filial şəklində fəaliyyət göstərən Kolayır kənd musiqi məktəbində işləməyə başladı. Qısa müddətdə çoxlu şagird cəlb etmək və onlarda yüksək sənətkarlıq qabiliyyəti tarbiyə etməklə, məktəbi filiallıqdan böyüdüb müstəqil fəaliyyət göstərən tədris ocağına çevirdi. 1990-cı ildən müstəqil fəaliyyət göstərən məktəb rayon tədbirlərində, zona müsabiqələrində istər solo ifaçılarən, istərsə də şagirdlərdən təşkil edilmiş xor kollektivinin çıxışları ilə elə yüksək səviyyədə iştirak edirdi ki, bu şəhər musiqi məktəbləri ilə əsl rəqabət idi. məktəbdə 270 şagird oxuyur, 43 nəfər müəllim işləyirdi. Bu qədər insanın təmin olunması ən yüksək işsizlik dövrü üçün böyük nailiyyət idi.
Vaxtilə cəmi tar, fortopiano və nağaradan ibarət olan üçsinifli Kolayır kənd musiqi məktəbində indi kamança, qarmon, saz, səs kimi sinifləri də fəaliyyət göstərir.
Məktəbin şagirdlərindən bir neçəsi A.Zeynallı adına və digər orta ixtisas musiqi məktəblərini bitirib müxtəlif sahələrdə azərbaycan incəsənətinin inkişafına xidmət göstərirlər. Yeri gəlmişkən, qeyd edək ki, bu gün məktəbdə işləyən müəllimlərin hamısı bu sənət ocağının öz yetirməsidir.
ildən-ilə məktəbin həcmi böyüdüyündən, tez-tez soruşurdum:
-Bacı, sən bu məktəbi hara kimi böyüdəcəksən? Axı, yeriniz çox darısqaldır.
-Rayon icra hakimiyyətinə müraciət etmişəm. Köhnə kolxoz idarəsinin binasını versələr məktəbi incəsənət məktəbinə cevirəcəm.
Çox əziyyət olsa da, o, bu arzusunun yarısına çatdı. Mən onu təbrik edib dedim:
-Hə binanı aldın, qaldı məktəbin profilini dəyişmək.
-Düz deyirsən. Görək də, Allah imkan versə...
Faciəli ölüm onun arzularını yarımçıq qoydu.
İndi həmin məktəbin qarşısından keçənlər onu belə adlandırırlar: "Kəmalənin məktəbi”. Düşünürəm ki, bacımın ömür yolu qısa akkordlu olsa da, qibtə olunmalıdır.
Onun məhz tar sinfində oxumasının səbəbi tara olan böyük, sonsuz məhəbbəti, sevgisi idi. Bəlkə bu sevgidən irəli gəlirdi ki, onun tarda çaldığı "Rast” muğamı neçə insanı kövrəltmişdi, bu sanki öz taleyini bəyan edirmiş kimi, bir yanğı hiss olunurdu.
Bəlkə bu sevgidən idi ki, o, vaxtilə "Oxu tar” deyib, nalə çakən Mikayıl Müşfiqlə bir gündə dünyasını dəyişmişdi. Ən ağıla sığmazı isə odur ki, onun bu faciəli anında televiziyada "Oxu tar” səslənirdi. Bilmirəm...
Lakin buna əminəm ki, nə qədər ki, onu sevənlər yaşayır, nə qədər ki, tar var, deməli, o, da yaşayacaq.
Mən çox istərdim ki, məktəbin qarşısında belə bir lövhə asılsın.
"Kəmalə Muradova adına Kolayır kənd musiqi məktəbi”.
Bu onun zəhmətinə, ömrünə verilən ən layiqli qiymət olardı və Kəmalə tanıyanların qəlbində nikbin gələcəyə inamlı, həzin bir misra səslənərdi: "Ölüm sevinməsin qoy”!
Baxış: 1157 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 1
1 afgan73  
0
Çox təsiredicidir.

Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!