: İctimai mühit - 13 Марта 2010 - Персональный сайт
Şənbə, 18/05/2024, 23:29
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Mart » 13 » İctimai mühit
17:21
İctimai mühit
    Əli Həsənov     ƏLİ HƏSƏNOV:
 
"BİR MƏMURUN HƏYATI BİR

 DÖVLƏTİN GÜZGÜSÜDÜR”

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov "Media forum” saytının suallarını cavablandırıb Martın 10-da 50 yaşı tamam olan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov tarix elmləri doktoru, professordur. Prezident Administrasiyasında 1995-ci ildən çalışır. 1996-cı ildən ictimai-siyasi şöbəyə rəhbərlik edir. Martın 9-da dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamla 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

- 50 ilk yubiley yaşıdır. Dönüb arxaya baxanda nə xatırlayırsınız?

- Arxada Azərbaycan dövlətinin sınağa çəkildiyi kəşməkəşli 90-cı illər var, 1993-95-ci illərin hadisələri var. Hətta 1996-cı ilin ortalarına qədər Azərbaycan dövləti çətin bir təhlükə dövrünü yaşayırdı. Hər tərəfdən Azərbaycanın üzərinə yeriyirdilər, iqtisadi, siyasi, sosial cəhətdən tam böhrana düçar olunmuşduq. Ölkə daxilində idarəedilməz bir mühit mövcud idi, cinayətkarlıq, cəzasızlıq mühitində də meydan sulayan qüvvələr var idi. Mən o dövrü yaşamışam. Ümummilli lider Heydər Əliyevin iradəsinə söykənərək, onun ətrafında, komandasının bir üzvü kimi Azərbaycan dövlətinin keşiyində dayanmışıq və var gücümüzlə, bütün iradəmizlə, həyatımızla bu dövlət, dövlətçilik uğrunda mübarizə aparmışıq. Mənim yadımda qalan o dövrün ən çətin günləri - 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələridir və onlar ətrafında baş verən proseslərdir. "Əsrin müqaviləsi”nin imzalanması dövründə - 1994-cü ilin sentyabr ayı ərzində edilən çevriliş cəhdlərini, Heydər Əliyevə qarşı sui-qəsdləri yaşamışıq. Belə çətin günləri adlamışıq. 1996-cı ildən Heydər Əliyevin dövlət quruculuğu prosesi başlayır. İctimai-siyasi həyatda sabitlik yaradılması, dövlət quruculuğu prosesinin bütün məqamları, anları mənim gözlərimin qarşısında keçib. Daxili siyasətlə məşğul olan bir məmur kimi Heydər Əliyevin daxili siyasəti, dövlətçiliyin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğu prosesləri, qanunların yeniləşdirilməsi, konstitusiyanın qəbulu, Azərbaycanın bütün qanunvericilik fəaliyyətinin bu konstitusiyaya uyğunlaşdırılması, yeni parlament seçkiləri, dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi və dövlət idarəçiliyinin müasir Avropa standartları səviyyəsinə gətirilməsi, 1998-ci ilin prezident seçkiləri, prezident seçkilərindən sonrakı dövrdə Azərbaycanın daxili ictimai-siyasi həyatında baş verən proseslərin hamısı mənim həyatımdan keçib, 15 illik fəaliyyətimin ayrılmaz tərkib hissəsi olub. Sonrakı illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bunun ətrafında Heydər Əliyevin apardığı fəaliyyət gəlir. Bütün bu fəaliyyətin öyrənilməsi, təhlili, proqnozlaşdırılması, ermənilərin məqsədləri və dünyada apardıqları anti-Azərbaycan təbliğatı, ona qarşı tədbirlərin görülməsi, Azərbaycan diasporunun təşkilatlandırılması və onun Azərbaycan dövlətçiliyi ətrafında birləşdirilməsi və bundan irəli gələn məsələlərin hamısında iştirak etmişəm. Düşünürəm ki, bacardığım qədər, qabiliyyətimin imkan verdiyi dərəcədə dövlətimizə, millətimizə xidmət göstərmişəm. Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin reallaşdırılması, həyata keçirilməsi üçün bütün imkanlarımdan istifadə etmişəm. Sonrakı - üçüncü mərhələ Azərbaycan dövlətinin inkişafı dövrüdür. 2000-ci ildən başlayaraq neft müqavilələrinin, dövlətçiliyin bəhrə verdiyi, Azərbaycan dövlətinin regionda yavaş-yavaş liderə çevrildiyi, dünya siyasi xəritəsində özünəməxsus yer tutduğu bir məqamda, əlbəttə, mən də rəhbərlik etdiyim strukturun funksiyasını buna uyğunlaşdırmışam, adaptasiya etdirmişəm və cəmiyyət həyatının, vətəndaş cəmiyyəti quruculuğu, demokratik dövlət quruculuğu, siyasi plüralist cəmiyyətin yaradılması, bu istiqamətdə Azərbaycanın beynəlxalq imicinin formalaşdırılması, dünyada Azərbaycanın təqdim və onun maraqlarının təbliğ olunması sahəsində müəyyən işlər görmüşük. 2003-cü ildən Azərbaycanda hərəkətli proseslər başladı, ümummilli liderimiz Heydər Əliyev vəfat etdi. Həmin dövr eyni zamanda 2003-cü ilin prezident seçkiləri, cənab İlham Əliyevin prezident seçilməsi və ondan sonrakı inkişaf dövrüdür. Bu dövrdə də mən rəhbərlik etdiyim strukturla birlikdə idarəçiliyə uyğunlaşmışıq, özümüzü, quruluşumuzu və rəhbərlik etdiyim sahənin bütün fəaliyyətini yeni idarəçilik sisteminə adaptasiya etdirmişik və fəaliyyət göstərmişik. 15 ildir ki, Azərbaycan dövlətinə bilavasitə bir məmur kimi xidmət göstərirəm. Ondan əvvəl təxminən 5 il Heydər Əliyevin ətrafında olmuşam və Yeni Azərbaycan Partiyasının quruculuğunda iştirak etmişəm. Hesab edirəm ki, gücüm çatan, imkanım yetən çərçivədə dövlətimə, millətimə, respublikama, liderimə, prezidentimə və siyasi məktəbində formalaşdığım ümummilli liderimiz Heydər Əliyevə xidmət göstərmişəm. Bu xidmətimin müqabilində cənab prezident dünən məni 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edib. Əlbəttə, bu məni daha da ruhlandırır, bunu mənim bu illərdəki fəaliyyətimə verilən qiymət kimi yüksək dəyərləndirirəm. Bu məni gələcək fəaliyyətlərə bir növ sövq edir. Bunu mən özümə və fəaliyyətimə verilən avans kimi dəyərləndirirəm və hesab edirəm ki, gələcəkdə bu ada layiq olmaq üçün var gücümlə çalışacam.

- Sizin tərcümeyi-halınıza baxanda məlum olur ki, 35 yaşınızdan Prezident Adminstrasiyasında yüksək post tutmusunuz. Eyni zamanda elmlər doktoru, professorsunuz. Bu tərcümeyi-halınızın görünən tərəfidir, həyatınızda uğursuzluqlar necə, olubmu?

- Əlbəttə, hər bir insanın həyatında yalnız inkişaf olmur, müəyyən neqativ proseslər də, uğursuzluq da, insanı qəmgin edən ayrı-ayrı məsələlər də olur. Bir dövlət məmuru kimi mənim həyatım Azərbaycanın həyatı ilə bağlı olub. Dövlətimizin sevinci bir məmur kimi məni də sevindirib. Onun müvəffəqiyyətləri, eyni zamanda mənim müvəffəqiyyətlərim olub, həyatımın müvəffəqiyyətinə çevrilib. Dövlətimizin yaşadığı, düçar olduğu problemlər, rastlaşdığı müəyyən neqativ hallar, o cümlədən hansısa sahədəki problemlər mənim də problemimə çevrilib. Əlbəttə, problemsiz həyat, insan yoxdur. Amma mən çalışmışam ki, həyatımda daha çox o şeyi yadda saxlayım, onun üzərində sonrakı inkişafı qurum ki, bunlar sözün həqiqi mənasında insana nikbin əhval-ruhiyyə gətirir, dövləti, milləti gələcəyə səsləyir və onun inkişafına xidmət edir. Əlbəttə, Azərbaycan xalqının həyatında 1993-96-cı illərin çətin məqamları, 1996-2000-ci illər sabitləşmə dövrü və daxili mübarizədən irəli gələn digər məqamlar bir məmur kimi mənim fəaliyyətimə və şəxsi həyatıma da təsir göstərib. Mən sadəcə olaraq bunları xırdalamaq istəmirəm. Bir məmurun həyatı bir dövlətin güzgüsüdür. Dövlətin həyatında baş verən bütün məsələlər eyni zamanda həmin məmurun həyatından bir qırmızı xətlə keçir.

- 15 ildir ki, bir struktura rəhbərlik edirsiz, yorulmamısız? Elə məqamlar olubmu ki, ruhdan düşəsiniz?

- İnsanın şəxsi həyatına qoyulan məhdudiyyətlər daha çox məmur deyilən təbəqəyə aiddir. Bu sanki elə bir aparatdır ki, onun işə salınması və söndürülməsi bilavasitə onu vəzifəyə təyin edən və fəaliyyətinin meyarını, məzmununu müəyyən edən rəhbərdən asılı olur. O anlamda bizim şəxsi həyatımızın olmaması, bütün günü və bütün həyatımızı idarəçilikdə keçirməyimiz, cəmiyyətin gözü qarşısında şəffaf həyat yaşamağımız, insanların gözü qarşısında bütün ictimai-siyasi, ailə və başqa həyatı qurmağımız, fəaliyyətimizin göz önündə olması insanda müəyyən məhdudiyyətlər yaradır. Amma zaman-zaman insan buna öyrəşir, özünü, həyatını heç bundan, bu çərçivədən kənarda təsəvvür də etmir. İndi bizim həyatımızda yaranmış çərçivəni mən Azərbaycan ailəsinin nümunəvi həyatı hesab edirəm. Düşünürəm ki, ən yaxşı həyat belə ola bilər. Bəlkə də bundan maraqlı həyat var, bəlkə də ayrı-ayrı şəxslərin, iş adamlarının, ziyalıların, yazıçıların, şairlərin, sərbəst adamların, elm-təhsil adamlarının həyatı bizimkindən daha maraqlıdır. Amma bizim üçün bir məmur olaraq çərçivəli həyat formalaşıb ki, bundan başqasını bilmirik və bunu ən yaxşı həyat hesab edirik. Ona görə də, düşünmürəm ki, yorulmuşuq. 50 yaş insanın fəaliyyətinin çiçəklənən dövrüdür. Bütün qayğılardan azad olunan, fəaliyyətinin daha məhsuldar dövrüdür. Hesab edirəm ki, mənim məhsuldar fəaliyyətim hələ yeni başlayır və bundan sonra həm elmimizə, həm də dövlət qulluğuna mühüm tövhələr verəcəm.

- Yubileyi kimlə qeyd etdiniz?

- Tələbə yoldaşlarımla.

- Müxalifət düşərgəsindən sizi təbrik edən olubmu?

- Hələ ki, yox. Yalnız qəzetlər təbrik edib.

Baxış: 1104 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 2
2 afgan73  
0
O, həm də gözəl siyasətçidir.

1 afgan73  
0
Əli Həsənovu təbrik edirik!!!! Ona uzun ömür, möhkəm can sağlığı və işlərində müvəffəqiyyətlər diləyirik!!

Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!