: Gündem - 31 Января 2010 - Персональный сайт
Şənbə, 18/05/2024, 22:32
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Yanvar » 31 » Gündem
04:54
Gündem
Aynurə İmranova
aynur_imranova@yahoo.com
 
Bərbad Azərbaycan
təhsilindən əziyyət çəkənlər
 
Onlar təkcə bizim vətəndaşlar deyil
 
Ölkədə təhsilin hansı səviyyədə olması hamıya bəllidir. Rüşvət Azərbaycan təhsilini düz onurğa sutunundan əyib. Zamanında ali məktəblərdə kök salan bu eybəcər proses qol-budaq ataraq bu gün orta məktəb strukturunu da iflic vəziyyətinə sala bilib. Yəni bu gün orta və ali məktəblərdə tədris sırf maksimum qazanc əldə etməyə hədəfləndiyindən keyfiyyət sıfıra bərabərdir. Orta məktəblərdə təhsilin biabırçı vəziyyətini isə beynəlxalq aləmə ermənilərin əsir götürdüyü əsgərimiz Rafiq Həsənov çatdırdı. Yazıb-oxumağı bacarmadığı üçün məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşının vasitəsilə vərəqlərə tökən əsgər özünün də xəbəri olmadan Azərbaycanda çox böyük bir problemin qabarmasına nədən oldu. Bu isə Təhsil nazirimiz Misir Mərdanovun deyil, bütün Azərbaycanın biabırçılığı idi. Bəlli zaman kəsiyində təhsilimiz bu günə qoyanlar Azərbaycanda gənc nəsli vətəndaş kimi yetişdirmək əvəzinə onu daha da savadsızlığa məhkum edərək, mütiləşdirmək, mübarizə davamlılığını aşağı salmaq, etiraz etmək qabiliyyətini sıfırlamaqla şəxsiyyətlərin yetişdirilməməsi və formalaşdırılmaması məqsədi güdür. Elmi intelektual səviyyəsi daha aşağı olan gənc, daha az müqavimət, daha çox diktatura deməkdir. Amma bir şeyi unudurlar ki, elmi intelektual səviyyəsi olmayan yeniyetmə cəmiyyət üçün potensial təhlükədir. O, sabahın narkomanı, qumarbazı, və ya canısı ola bilər. Oxumaqdan fikri yayınan kəmsavad yeniyetməni nəyə desən yönləndirmək olar. Deməli bu sosial problem başqa bir daha qorxulu və həlli zor olan sosial problemə hamilədir. Rəsmi statistika narkomanların sayının 21 min olduğunu desə də, qeyri rəsmi məlumatlara görə, onların sayı 200 mindən çoxdur. Tələbələr narkotik istifadəçilərinin 30-35 faizini təşkil edir. Rəsmi məlumatlara istinad etsək, 2007-ci ildə Azərbaycanda 1 tondan artıq narkotik dövriyyədən çıxarılıbsa, 2008-ci ildə bu 2 tondan artıq olub. 2009-cu ilin nəticələr veriləndə problemin nə səviyyədə olduğu daha qabarıq görünəcək. Əminəm. Çünki narkomaniyanın artması üçün Azrbaycanda münbit şərait var. Xüsusilə də təhsil ocaqlarında. Bu günlərdə qəzetlərin birində oxuduğum kimi "Azərbaycanda Təhsilin çöküşü o qədər şəffaf gedir ki, bunu gizlətmək mümkün deyil”. Amma əslində gizlətməyə çalışmırlar da. Çünki bu qədər yazılanların təsiri yoxdursa niyə narahat olsunlar ki? Axı Azərbaycanda ictimai nəzarət yoxdur. Əlbətdə bu yuxarıda oturanları narahat etməyə bilər. Axı onlar bərbad Azərbaycan təhsilindən çoxdan imtina ediblər. Övladlarını məşhur xarici təhsil ocaqlarında oxudan vəzifəli və imkanlı insanları təhsilin səviyyəsinin aşağı düşməsi niye narahat etsin ki? Günü gündən dünya standartlarından geri qalan Azərbaycan təhsili orta təbəqəni daha çox narahat etməlidir. Bu gün Azrbaycan müəllimi birinci növbədə özü rüşvətlə mübarizə aparmalıdır. Daha başqa fənlər üçün pul ödəyib övladını hazırlaşdıraraq növbəti rüşvet qaynağı yaratmamlıdırlar. Layiqli vətəndaş yetişdirmək, uşaqların ixtisaslı kadr kimi formalaşmasına rüşvətin vurduğu zərbə artıq göz önündə deyilmi. Axı pulnan oxuyan həkim və ya müəllim öz işində xeyir verə bilməz, əksinə kimi isə şikəst edər. Bu problem zaman-zaman siyasətçılərin, millət vəkillərinin diqqət mərkəzində olsa da problemin həlli ilə bağlı həlledici addımlar atılmadı. Əksinə millət vəkili Gültəkin Hacıbəyli Azərbaycan təhsilindəki durumu qeyri-qənaətbəxş hesab edərək "təhsilimiz nəinki inkişaf etmir, orada hətta çox nöqsanlar, geriləmələr var” sözləri dəstəkdən çox istehza ilə qarşılandı. Amma halbuki millət vəkilinin bu sözlərinə dəstək olaraq "Təhsildə Rüşvətə yox deyək” devizi altında böyük bir kampaniya başlada bilərdi. Dövlətin kadr siyasətinə də etiraz edə, nazir funksiyalarını yerinə yetirdiyi 11 ildə Azərbaycan təhsilini bərbad vəziyyətə qoyan Misir Mərdanovun təhsildən uzaqlaşdırılması tələb oluna bilərdi. Cənab nazirin bu qədər insanın gözünə kül üfürərək "yaxın illərdə Azərbaycanda təhsil dünya səviyyəsinə çatacaq" deməsi lap gülməlidir. Deyəsən Misir müəllim unudur ki, biz onun dövründə təhsil almamışıq. Şükür ki, məntiqli düşünə bilirik. Əslində Azərbaycan təhsilindəki vəziyyət barədə sentyabrın 5-də «Azərbaycanda təhsilin bugünkü və gələcək perspektivləri» mövzusunda keçirilən konfrans zamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə həyəcan təbili çalmışdı. "Abituriyentlərin hazırlıq səviyyəsinin monitorinqi məktəblərdə təhsil sisteminin aşağı səviyyədə olduğunu göstərir” deyən sədr diqqəti problemin aktuallığına yönəltməyə çalışmışdı. Orta məktəbi əla qiymətlərlə bitirən abituriyentlərin qəbul imtahanları zamanı 300-dən artıq bal toplaya bilməməsi faktıdır. "Ümumilikdə bu il orta məktəbləri 120 min məzun bitirib, onların yalnız 50-55 faizi qəbul imtahanlarında iştirak edib. Məzunların 31,5 faizi 0-100 bal, 22,6 faizi 100-200 bal, 18,2 faizi 200-300 bal, 21,2 faizi 300-500 bal, 6,4 faizi 500-700 bal arası nəticə göstərib. Qəbul imtahanlarında 300 baldan yuxarı nəticə göstərən abituriyentlər cəmi 27, 6 faiz təşkil edir. Nəticə təbii ki, qənaətbəxş deyil. Çünki 0-100 bal arasında nəticə göstərən abituriyentlərin sayı 31 faiz təşkil etdiyi halda 500-700 intervalında bu rəqəm cəmi 6,4 faizdir. Əgər minimum və maksimum bal intervalındakı faiz göstəriciləri bir-birinə yaxın olsaydı, imtahanın nəticələrini müsbət saymaq olardı. Təəssüf ki, həmin fərq olduqca böyükdür və belə olan halda nəticəni qənaətbəxş saymaq olmaz” .
Bu təhsil sahəsində təcrübəsi olan, ixtisaslı və yüksək vəzifəli kadrın problemə münaisbəti. Amma bu münasibət də Azərbaycan cəmiyyətində təhsilimizin qurtarılması üçün həlledici addımların atılmasına yardım etmədi. Onu da qeyd etməliyəm ki, TQDK sədri təhsilin səviyyəsini tənqid etsə də Azərbaycanda ali məktəblərə qəbul olanların sayı azalmır ki azalmır. Ballar aşağı endirilir, plan doldurulması xatirinə uyğunlaşmak məcburiyyətində qalırlar. Böhran dərinləşir, korrupsiya get-gedə çiçəklənir, avtoritar idarəetmə genişlənir. Akademik Ramiz Mehdiyev də rektorlarla görüşlərinin birində bir sıra neqativ hallardan danışdı. Təhsil Komissiyasının sədri kimi orta məktəblərdə olan acınacaqlı durumla bağlı bir ümumrespublika səviyyəli tədbirin keçirilməsinə göstəriş verməsə də münasibətini bildirdi. Çünki problem artık sərhədləri aşıb. Bir il ərzində təhsilin bütün pillələri ilə bağlı dövri mətbuatda gedən yazıların təhlilinə diqqət edərək görmək olar ki, artıq təhsilin problemləri və sözün əsl mənasında iflic vəziyyətə düşməsi rəsmiləri də narahat etməyə başlayıb. Amma vəziyyəti düzəltmək üçün hələ də heç nə edilmir. Bu mövzuda çox yazılır, amma məni bu problemə toxunmağa başqa bir acınacaqlı fakt vadar etdi. Türkiyədən Azrbaycanda ali məktəbu bitirərək vətənlərinə dönən bir neçə gənclə söhbət etdim. Naxçıvan Dövlət Universitetini bitirmiş bu gənclər uzun zamandır təhsillərini bitirib Vətənlərinə dönsələr də, hələ də işsizdirlər. Aydın oldu ki, burda ali təhsil alanları orda da "kadrolu”, yəni ştatlı işə götürmürlər. Ən yaxşı halda onlar daha bir imtahan verərək biliklərini təsdiq etməlidirlər. Türkiyənin müxtəlif, xüsusilə də ucqar bölgələrindən Azərbaycana gələn gənclər bərbad təhsilimizin növbəti qurbanlarıdırlar. Onlar da minlərlə Azərbaycan gənci kimi iflic olan və özünü doğrultmayan təhsilin ağır yükünü daşımaq məcburiyyətində qaldılar. Səbəb nədir? Axı Təhsilin səviyyəsinin bu eniş dövrü Azərbaycanın neft ölkəsi kimi çiçəklənməsi dövrünə təsadüf edir. Büdcə vəsaitinin təxminən 10,5 faizi ali məktəblər üçün nəzərdə tutulur. Ölkədə ödənişli təhsil dövlət hesabına təhsili üstələyir (60 faiz), bu da çox böyük rəqəmdir. Buna baxmayaraq Azərbaycan ali məktəblərinin heç birinin adı dünya ali məktəblərinin reytinq cədvəlində yoxdur. Azərbaycanda 11 il təhsilə rəhbərlik etmiş şəxs kimi Misir Mərdanov həm əcnəbi tələbələrin durumunu, həm də ali məktəblərinin heç birinin beynelxalq reytinqlərdə yer almamasını tək cümlə ilə belə dəyərləndirir: ”Azərbaycanda ali təhsilin beynəlxalq standartlara müvafiq olmaması bizim diplomların Türkiyədə tanınmasına maneçilik törədir". Yaxşı etirafdır. Bəs onda sual doğur Misir müəllim təhsilin beynəlxalq standartlara cavab verməsi üçün nə edib? Büdcə də var, şərait də. Ona nə mane olub? Dəqiqləşdirə bilmədiyimiz daha hansı ölkələr Azərbaycan təhsilinə belə "barmaqarası” və inamsız baxır deyə bilmərəm. Amma bunu dəqiq deyə bilərəm ki, artıq hərəkət etmək zamanıdır. Hər itirilən gün neçə-neçə kəmsavad insanın yetişdirilməsi və yaxud oxumaq istəyən insanın həvəsinin söndürülməsi deməkdir. Vaxt əleyhimizə işləyir.
Baxış: 973 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 2
2 Afarn  
0
Beli burda aciq askar yazilib cox tessuf ki, heqiqetle barismaliyiq amma ne vaxta qeder, besdir artiq ayilmaq vaxtidir yalniz ireli ve yalniz optimist olmaq lazimdir,bu gunki genclerimiz oxumaga ustumluk vermirler, amma ele insanlar var ki, oxuyanida imkan vermirler oxumaga uzumu onlara tutub deyirem ki mehz sizsiz bugun ki, savadsiz genclerin sebebkari.

1 afgan73  
0
Aynurə xanım, iradlarınızı qəbul etməmək mümkün deyil, çünki arqumentləriniz daha tutarlıdır. İnkişaf etmiş AZƏRBAYCAN görmək ümidilə, VALEH!

Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!