: Edebiyyat - 31 Января 2010 - Персональный сайт
Şənbə, 18/05/2024, 23:50
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Yanvar » 31 » Edebiyyat
04:48
Edebiyyat
"Ulu çinar" dərgisi nəşrə başlayıb

Elxan Zal Qaraxanlı: "Jurnalda türk ölkələrinin mədəniyyəti, ədəbiyyatı, çağdaş fikir və düşüncələr əksini tapır".
Bu günlərdə Türk Dünyasının ortaq tarixindən, ədəbiyyatından, fəlsəfəsindən, mədəniyyətindən bəhs edən və Mahmud Kaşğarlı adına Beynəlxalq Fondun nəşri olan "Ulu çinar" adlı jurnalın ilk sayı işıq üzü görüb. Dərginin baş redaktoru, yazar-şair Elxan Zal Qaraxanlı deyir ki, məqsədləri ümumtürk jurnalı buraxmaqdır:


"Burada türk ölkələrinin mədəniyyəti, ədəbiyyatı, çağdaş fikir və qələm adamlarının əsərləri, düşüncələri öz əksini tapır və gələn saylarımızda daha geniş şəkildə əks olunacaq. Daha doğrusu, biz bu dərgini bir düşüncə və mədəniyyət dərgisi kimi nəzərdə tutmuşuq. Bu gün əksər adamlar türk birliyindən danışır. Amma birlik sözlə əmələ gəlmir. Bunun üçün lazımi addımlar atılmalıdır. Əlbəttə, siyasətçilər öz işini görür, artıq bir sıra ortaq qurumlar yaradılıb. Dövlət başçılarının müntəzəm zirvə görüşləri keçirilir. Amma sözün həqiqi mənasında birlik yaratmaq üçün bu birliyi yaradan xalqların bir-birini yaxşı tanıması lazımdır. Tale elə gətirib ki, çox geniş ərazilərə səpələnmiş türk xalqları uzun illər boyu bir-birindən ayrı salınıb, onların dilləri arasında kəskin fərqlər yaranıb, onlar bir-birinin mədəniyyəti, adət-ənənələri barədə az məlumatlıdırlar. İnsanlar ortaq tarix dövrlərini demək olar unudublar. Məsələn, Azərbaycan insanı anlaya bilmir ki, nəyə görə türkmənlər də Füzulini öz şairləri kimi tədris edirlər. Yəni bizim ortaq şairlərimiz, qəhrəmanlarımız, dövlətlərimiz olub. "Dədə Qorqud" dastanları Oğuz mənşəli olmasına baxmayaraq, şifahi rəvayətlər Qazaxıstanda, qıpçaqların arasından toplanıb. Bu onu göstərir ki, keçmişdə bu xalqların folkloru eyni olub, uzaqlaşmalar sonrakı proseslərdə baş verib. Çingiz Aytmatov deyirdi ki, mən 60-cı illərdə özbək qəzetlərini rahat oxuyub anlayırdım, amma indi heç nə anlamıram. Ötən əsrin 60-cı illərində çox yaxın olan Azərbaycan və Türkiyə türkcələrində də xeyli fərqlər yaranıb. İndiki dönəmdə birlikdən çox danışılsa da, türk xalqları bir-birinin çağdaş ədəbiyyatçıları, mədəniyyət və elm adamları, məişətləri, adət-ənənələri barədə az məlumatlıdırlar. Biz Avropanı Orta Asiyadan, Tatarıstandan, lap elə Türkiyədən yaxşı tanıyırıq. Buna görə də bir-birimizi daha yaxşı tanımağımıza yönəlik işlər görməyimiz lazımdır. "Ulu çinar" dərgisi də bu yöndə görülən işlərdən biridir. Hələlik onu yalnız Azərbaycan türkcəsində nəşr edirik. Növbəti saylarımızı Azərbaycan və rus dillərində nəşr etməyi planlaşdırırıq. Çünki Türkiyə istisna olmaqla, digər türk toplumlarıyla anlaşmaq üçün hələlik ən yaxşı vasitə rus dilidir. Yaxın gələcəkdə saytımız da fəaliyyət göstərəcək. Sayt Azərbaycan, türk və rus dillərində olacaq". Onun sözlərinə görə, dərginin redaksiya heyətində Anar, Nizami Cəfərov, Səlahəddin Xəlilov, Qənirə Paşayeva, Arif Əmrahoğlu, Çingiz Əlioğlu, Cavad Heyət, Tofiq Məlikli, Rza Bərahəni, Əkbər Qoşalı və s. kimi tanınmış adamlar var. Dərginin siqnal nömrəsini çox yüksək qiymətləndirən Oljas Suleymenov da redaksiya heyətində təmsil olunmaq arzusunu bildirdi. Yaradıcı heyətimiz Pərvanə Məmmədli, Azər Musayev, Əfqan Cəfərov, Rəbiqə, Elnur Eltürk, Elvin Bakiroğlu kimi istedadlı insanlardır. Birinci sayımız onların istedadının bariz göstəricisidir. Yəqin ki, bundan sonra yeni insanlar da cəlb edəcəyik, çünki hədəflərimiz böyükdür, görüləsi işlər də çoxdur". Dərginin adının "Ulu çinar" qoyulmasına gəlincə, Elxan Zal Qaraxanlı deyib ki, ağac kultu əski türk inanclarında önəmli yer tutur: "Türklər yaşadıqları ərazidən asılı olaraq, bir çox ağacları müqəddəsləşdiriblər. Belə ağaclardan biri də çinardır və bu ağac daha çox Azərbaycanı simvolizə edir. Bizdə 500 illik, min illik çinarlar var. İnşallah, "Ulu çinar"ın kölgəsi yeni gəlişən türklüyün gənəş yeri, yəni məşvərət yeri olacaq, onun ətrafında yeni-yeni ideyalar doğulacaq. Azərbaycan həmişə Türk Dünyasının mənəvi mərkəzlərindən biri olub bə burada doğulan ideyalar türk ellərinin hər yerinə yayılıb".
 
Turqut
Baxış: 1261 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!