: EDEBİ MÜHİT - 24 Февраля 2010 - Персональный сайт
Bazar, 19/05/2024, 01:30
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Fevral » 24 » EDEBİ MÜHİT
14:01
EDEBİ MÜHİT
Kamal AbdullaKamal Abdulla:
"Bu gün Azərbaycan oxucusuna fizika, biologiya, kimya… barədə maraqlı şəkildə yazılmış kitablar çox lazımdır”

Görkəmli alim və yazıçı Kamal Abdullanın "Yuğ” teatrında yenicə nəşr edilmiş "Dilçiliyə səyahət. Dilçi olmayanlar üçün dilçilik” kitabının təqdimat mərasimi keçirildi. Mərasimdən sonra Kamal Abdullaya kitab və ədəbi proseslə bağlı bir neçə sualla müraciət etdik:
- Tədbirdə bu əsərinizi Azərbaycanda analoqu olmayan bir elmi iş kimi dəyərləndirdilər. Bu üslubun elmimizdə bir tendensiyaya çevrilməsini istərdinizmi?
- "Dilçiliyə səyahət” dilçi olmayanlar üçün nəzərdə tutulsa da, güman edirəm, ondan gənc filoloqlar da istifadə etməyi lazım biləcəklər. Üslub bu kitaba sanki "öz-özünə” gəldi. Mən üslubu və tərzi yox, üslub və tərz məni öz arxasınca apardı. Həyatımı həsr etdiyim, sevdiyim bir elm sahəsini başqaları üçün də maraqlı etmək çox sevindiricidir. Kitabın alt qatında belə bir məqsəd gizlənib: dilçilik başqa elmlərə nə verib, başqa elmlər dilçiliyə nə veriblər?! Əhməd və Zalxanın eşq macərasının və dilçilik problemlərinin bir kitabda bir-birilə belə çarpazlaşması oxucu üçün gözlənilməz oldu. Amma bu gözlənilməzlik həm də marağın artmasını şərtləndirdi. Sizin sualınıza gələndə isə… Belə deyək: mən heç kimə resept verə bilmərəm ki, bu üslubu bu tərzdə davam eləsin. Amma bu gün Azərbaycan oxucusuna fizika, biologiya, kimya… barədə maraqlı şəkildə yazılmış kitablar çox lazımdır.
- Türkiyədə haqqınızda yeni bir kitab çıxıb. Ümumiyyətlə, müəllif üçün hansı daha çox maraqlıdır – öz ölkəsində verilən qiymət, yoxsa xaricdə?
- Hər iki qiymət maraqlı və əzizdir. Türkiyədə haqqımda kitab çıxmağından, həmyerlimiz professor Mehman Musaoğlunun Qazi Universitetində dərslərini mənim əsərlərim üzərində qurmağından qürur duyuram. Azərbaycanda da bir kitab çıxmışdı. Mərhum filoloq, jurnalist Elçin Səlcuq "Kədərin sirri” adlı bir kitab yazmışdı. Türkiyədə nəşr edilən əsər isə "Kamal Abdullanın əsərləri Türkiyə türkcəsində” adlanır. Hər ikisi qiymətlidir.
- Xalq yazıçısı Elçinin "525-ci qəzet”dəki yazısında AYB haqqındakı qeydləri mətbuatda belə yozuldu ki, əslində, o, bu təşkilata sədr gəlmək istəyini ifadə edib. Bu məsələyə münasibət bildirmənizi xahiş edirəm.
- Sovet dövründə biz o qədər sətiraltı yazmağa və oxumağa öyrəşmişik ki, bu inersiyadan indinin özündə də qurtula bilmirik. Elçin nə deyibsə, elə onu deyib, burada başqa mənalar, eyhamlar axtarmağa nə ehtiyac var? Belə çıxır ki, kim Azərbaycan ədəbiyyatından, Yazıçılar Birliyindən, onun yaxın, uzaq keçmişindən, bu günündən, gələcəyindən danışırsa, deməli, hansısa alt məqsədi var, bu adam Yazıçılar Birliyinə sədr olmaq istəyir. Elçin ədəbiyyatımızın problemlərilə, onun ağrılarıyla yaşayan yazıçıdır, hər kəs kimi ona da fərqli münasibətlər ola bilər, amma bu, onun məqaləsindəki səmimiyyəti şübhə altına almağa əsas vermir. Bü cür cəfəng yozumlarla ədəbiyyata xeyir vermək olmaz. Bu cür yozumlar adamlara ədəbiyyat haqqında, ümumiyyətlə, danışmamaq kompleksi aşılayır. Elçinin hansı cümləsi həqiqətdən uzaqdır? Bəyəm qurultayın işi təkcə sədr seçməkdən ibarətdir? Aydın məsələdir ki, zaman dəyişib, bir çox vacib məsələlər var ki, qurultayda öz həllini tapmalıdır. Bu gün Birliyin üzvlərinin sayı mindən çoxdursa, bunu normal qarşılamaq mümkün deyil. Mən belə düşünürəm: Yazıçılar Birliyinin üzvləri aqressiv susqunluq içində olan qeyri-professional çoxluqdan və səsi elə onlar tərəfindən boğulmağa çalışılan peşəkar azlıqdan ibarətdir. Elçin də, Anar da, Əkrəm Əylisli də, Ramiz Rövşən, Azər Mustafazadə, Rəşad Məcid, Afaq Məsud, Vaqif Bayatlı da… bu azlığın içindədirlər.
- Bəs vəziyyət necə düzələ bilər?
- Bilirsiniz, ədəbiyyat naminə nədənsə imtina etmək, nələrisə qəbul etmək lazımdır. Birliyin elə indiki rəhbərliyi də bu vəziyyəti düzəldə bilər. Bu məsələdə ömrünü ədəbiyyata həsr etmiş insanların, xoş niyyətdən çıxış edərək, ortaq qərarlar verməsi lazımdır. Amma gəlin dilçiliyə dönək. İndi bu mənim üçün daha maraqlıdı.
- 150 cildlik "Dünya ədədbiyyatı kitabxanası” seriyasından çap olunan yeni tərcümələrin səviyyəsi sizi qane edirmi?
- Dünya ədəbiyyatından seçmə tərcümələr (150 cild) artıq kitab şəklində nəşr edilməyə başladı. Bu çox böyük, məsuliyyətli və faydalı işdir. Universitetimiz bu böyük işin bir hissəsini yerinə yetirir. Cildin və antologiyaların tərtibi, tərcümə, redaktə, korrektura və bir sıra başqa məsələlərlə Bakı Slavyan Universiteti məşğul olur. Əlbəttə, kim istəməz ki, hər bir əsər Azərbaycan dilinə orijinaldan tərcümə edilsin?! Hamı bunu istəyər. Amma bu mümkündürmü? Yox, mümkün deyil. Ona görə də orijinaldan tərcümə ilə yanaşı, yeni redaktədə, amma köhnə tərcümələr, rus dilindən tərcümələr bu seriyada özünə yer tapıb. Bu təbiidir. Dünənki tərcümə artıq bu gün bizi qane eləməməlidir. Dil dəyişir, dil, üslub zövqü başqalaşır. Oxucu duyumu fərqlənir. Əbədi tərcümə olmur. Bizim bu günkü tərcümələrin də bəlli dövrü var. Amma müəyyən mərhələ üçün həm dilimizin, həm bədii-ictimai şüurumuzun inkişafı ilə bağlı bu tərcümələr qənaətbəxş sayılmalıdır. Əlbəttə ki, əlli ildən sonra ümid edək ki, dünyadakı hər bir dildən tərcümə, özü də bədii (!) tərcümə edən professionallarımız formalaşacaq. O vaxta qədər isə… Tərcümənin keyfiyyəti, yeni dil məkanında, belə deyək, "görünməsi” hardasa şübhəli, mübahisəli ola bilər. Amma unutmaq lazım deyil ki, hər tərcümə və təbii ki, tərcümə kitabı müəyyən, bəlli bir boşluğu doldurur. Mən bu seriyada gedən işdən çox razıyam.
Kultaz.Com
Baxış: 1256 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!