: Edebi mühit - 20 Февраля 2010 - Персональный сайт
Bazar, 19/05/2024, 01:41
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Fevral » 20 » Edebi mühit
15:54
Edebi mühit

Anar və Elçin   Elçin: "AYB-ni
    300 nəfərlik
  birliyə çevirmək
           lazımdır”


"Yazıçılar Birliyi Stalinin təşəbbüsü və
qərarı ilə yaranıb”
 
Baş nazirin müavini, yazıçı Elçin Əfəndiyev "525-ci qəzet”in dünənki sayında "Yazıçılar Birliyi, ədəbiyyatımız və özümüz” adlı məqalə ilə çıxış edib. Məqalə Yazıçılar Birliyinin 75 illiyinə həsr olunur, qurumun bu illərdəki fəaliyyəti təhlil olunur, müsbət və mənfi çalarlar qeyd olunur və maraqlı təkliflər irəli sürülür. Amma daha maraqlı məqam Elçinin məqalədə bir dəfə olsun uzun illər dostluq etdiyi qurumun sədri Anarın adını xatırlamamasıdır. Baxmayaraq ki, müəllif Çingiz Abdullayevin, Arif Əmrahoğlunun adlarını çəkirsə, nədənsə Anarı "unudaraq” sadəcə "birliyin rəhbərliyi” ifadəsi ilə kifayətlənir.
Maraqlıdır, Elçin uzun illərdir gənc yazarların səsləndirdiyi, amma birliyin rəhbərliyi tərəfindən rədd olunan bir tezislə razılaşır: "Yazıçılar Birliyi bilavasitə İosif Stalinin təşəbbüsü və qərarı ilə yaranıb, adı ictimai, əslində isə dövlət institutu idi. Məqsəd də ondan ibarət olmuşdu ki, bu institut ədəbiyyat sahəsində Kommunist Partiyasının yürütdüyü siyasətin həyata keçirilməsində köməkçi olsun”.
 
"Birliyin üzvlərinin bir-birindən danos
yazmasına bəraət qazandırmıram”
 
İkinci maraqlı etiraf ondan ibarətdir ki, müəllif birlik üzvlərinin 30-cu illərdə biri-birini ifşa etdiyini yazır: "Bəli, "Böyük terror” deyilən həmin dəhşət zamanı və o dəhşət içində Yazıçılar Birliyində də bu Birliyin üzvü olan yazıçılar bir-birini ifşa edib. Ancaq mən Yazıçılar Birliyinin üzvlərinin bir-birindən danos yazmasına, bir-birinə qara yaxmasına, siyasi damğa vurmasına qətiyyən bəraət qazandırmıram”. Müəllif birliyin ədəbi orqanlarının zəiflyindən də narazılığını büruzə verir: "75 ildə Yazıçılar Birliyinin ədəbi orqanlarında "bədii ədəbiyyat” adı ilə az siyasi maklatura çap olunmayıb, bəzən sürrealist, hətta fantosmoqrafik bir mənzərə yaranırdı: Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin, misal üçün, heyvandarlığın, yaxud pambıqçılığın inkişafı ilə bağlı qərarı çıxırdı və ədəbi konyuktura dərhal bu qərarın ədəbiyyatda inikasını tələb edirdi. Baxın: "Literaturnıy Azerbaydjan” jurnalının tirajı 400 (dörd yüz!?) ədəddir və bu, çox kədərlidir. Başa düşürəm, rusdilli oxucu xeyli dərəcədə azalıb və burasına da tamam əminəm ki, "Literaturnıy Azerbaydjan” jurnalı hansısa istedadla yazılmış bir əsəri geri də qaytarmayıb. Bəli, bunlar belədir, görünür, effektli beynəlxalq əlaqələr yaratmaq bacarığı da lazımdır. Təkcə bunu deyim ki, dünyada minlərlə kitabxanalar var, o kitabxanaları maraqlandırmaq cəhdi olubmu? Halbuki, baxın: oxucuları, əlaqədar təşkilatları maraqlandırmaq üçün xarici ölkələrdən Azərbaycana xarici dillərdə nə qədər jurnal və qəzetlərin buklet və prospektlərini göndərirlər… Qurultay yuxarıda dediyim həmin sağlam ədəbiyyat mücadiləsini apara bilsə, güman edirəm ki, yalnız "Literaturnıy Azerbaydjan”ın yox, digər redaksiyaların da ədəbi məsuliyyət hissinin artmasına stimul yaradar. Mən "ədəbi məsuliyyət hissi” yazdım, bəlkə də "ruh yüksəkliyi” yazsaydım daha dəqiq olardı. Çünki bu gün ədəbiyyat mücadiləsinə, elə bil ki, məhz həmin ruh yüksəkliyi, şövq çatışmır”. Bütün hallarda müəllifin birliyin rəhbərliyini hədəfə alması açıq görünür.
 
"AYB-ni 300 nəfərlik birliyə çevirmək lazımdır”
 
Elçin birlik üzvlərinin 1500-dən çox olmasına etiraz edərək təkliflərini irəli sürüb: "Mən bu rəqəmin qeyri-ciddiliyi barədə deyilənləri təkrar etmək istəmirəm; danılmazı isə odur ki, biz Yazıçılar Birliyinin həqiqi sənət ocağı kimi ədəbi nüfuzunu artırmaq üçün bu çətin və həlli mürəkkəb vəziyyətdən çıxmalıyıq. Misal üçün, belə bir variant təklif etmək olar: Qurultay Yazıçılar Birliyinin üzvlərinin, yenə də misal üçün, 300 nəfərdən ibarət kvotasını müəyyən edir və qərar qəbul edir ki, gələcəkdə heç bir istisna bu kvotanı poza bilməz. Eyni zamanda, Qurultay ədəbi nüfuzu, obyektivliyi, savadı yaxşı məlum olan, 9 nəfərdən (yaxud da başqa bir rəqəm) ibarət heç bir ədəbi kompromisə getməyən Komissiya yaradır və Komissiyaya müəyyən vaxt (iki-üç ay) verilir ki, Birliyin hazırkı üzvlərini attestasiyadan keçirmək üçün qəti və tələb olunan dərəcədə sərt qaydalar müəyyən etsin”.
 
Elçin daha nə təklif edir?
 
Sonda yazıçı, birliyi saxlamaq unikal təklif irəli sürüb: "Biz bazar iqtisadiyyatında yaşayırıq, təklifim bəlkə bir az naqolay səslənəcək, ancaq, təkrar edirəm, biz bazar iqtisadiyyatında yaşayırıq. Bu gün birlik üzvlərinə daha effektli maddi (mənəviyə təsir edən maddi!) xidmət göstərmək, milli ədəbiyyatımızın nəşrini, təbliğini genişləndirmək, klassik və müasir dünya ədəbiyyatını, özümüzün fars, ərəb dilli klassiklərimizi (Nizamidən, Xaqanidən üzü bu tərəfə) xüsusi sifarişlərlə yenidən və keyfiyyətli şəkildə tərcümə etdirmək, öz ədəbi orqanlarının, həm də xarici dil kimi yalnız rus dilində yox, ingilis və digər dillər də daxil olmaqla sayını artırmaq, məxsusi yaşayış binası tikmək, üzvlərini xarici ölkələrə ezamiyyətə göndərmək, əlaqədar beynəlxalq tədbirlərdə aktiv iştirak etmək və s. naminə vəsait əldə olunması üçün tamam şəffaf bir bizneslə məşğul olmasın, misal üçün, beynəlxalq işbirliyinə söykənən poliqrafik holdinq yaratmasın, yaxud öz adına, hörmətinə layiq başqa bir münasib biznes sahəsi tapmasın?”
 
 
 
 
 
Baxış: 982 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!