: Ədəbi mühit - 18 Марта 2010 - Персональный сайт
Bazar, 19/05/2024, 01:13
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Mart » 18 » Ədəbi mühit
18:28
Ədəbi mühit
Salam SarvanSalam Sarvan: "2008-ci ildə Kamal Abdullanın Nobelə namizədliyi rəsmən qeydə alınmışdı”
Bir müddət öncə şair Salam Sarvan mətbuata verdiyi müsahibəsində Azərbaycanın tanınmış yazıçısı, əsərləri bir neçə dilə tərcümə olunmuş Kamal Abdullanın Nobel mükafatına namizədliyinin verildiyini açıqlamışdı. Lakin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədrinin müşaviri Rauf Aslanov "Azadlıq” radiosuna verdiyi açıqlamada bu qurum tərəfindən indiyəcən Azərbaycanda kiminsə namizədliyinin Nobel mükafatına irəli sürülmədiyini bildirib. Məsələyə aydınlıq gətirmək üçün Kultaz.Com şair Salam Sarvana bir neçə sualla müraciət edib.
- «525-ci qəzet»ə müsahibəndə Kamal Abdullanın Nobel ödülünə təqdim olunduğunu bildirmişdin.
AYB sədrinin müşaviri Rauf Aslanov deyir ki, Yazıçılar Birliyi heç kimin namizədliyini irəli sürməyib və indiyəcən Azərbaycanda kiminsə namizədliyinin Nobel mükafatına irəli sürülməsi söhbəti açılmayıb.
- Ola bilməz ki, AYB kimi nüfuzlu təşkilatın məmuru Nobel mükafatına təqdimolunma proesedurunu bilməsin. Bu, yeganə məsələdir ki, onların monopoliyasında deyil. Kamal Abdullanın namizədliyi tamam başqa xəttlə irəli sürülüb.
- Və AYO üzvü Rasim Qaracanın dediyi kimi «çıxdaş olunub»?
- Rasim ifadəni düz seçməyib. Tək ona görə yox ki, tonunda bir az əsəbilik var, həm də bu ifadə məsələnin təfərrüatını düzgün çatdırmır. Nobelə təqdim olunanların əksəriyyəti müsabiqənin həlledici mərhələsinə qəbul olunmur. Kamal Abdullanın namizədliyi isə rəsmən qeydə alınıb, bu barədə sənəd var. Yəni o, azsaylı namizədlərdən olub ki, adı Nobel komitəsinin «uzun siyahı»sına düşüb.
- Rasim Qaraca onu da qeyd edib ki, Azərbaycanda Nobel ödülünə layiq yazar yoxdur.
- Əvvəla, mən bədii mətnlərin dəyərini məhz Nobel mükafatı «standartlarıyla» müəyyənləşdirməyin tərəfdarı deyiləm. Mükafatı alanların əksəriyyəti Nobel nitqlərində səmimi etiraf eləyiblər ki, bu sürprizi gözləmirlərmiş. Yəni onlardan da layiqliləri var ki, kənarda qalıblar. İndi mənə aydın deyil, Rasim Qaraca «Nobelə layiq əsər» deyərkən nəyi nəzərdə tutur: o, bu mükafatın dəqiq kriterilərini bilir, yoxsa, onun özünün şəxsi «Nobel kriteriləri» var? Burada məsələ çox sadədi, İsveç Akademiyası tərəfindən namizəd irəli sürmək haqqı tanınan «İKS» sıradan birisi olmur və həmin «İKS» Kamal Abdullanı layiq bilib ki, təqdim eləyib. Nobel komitəsi də layiq bilib ki, 2008-ci ildə onu rəsmən qeydə alıb. Mükafat isə layiqlilərin içindən bir nəfərə – lap belə deyək ki, ən layiqlisinə verilib.

Baxış: 1301 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!