: Astroloji proqnoz - 19 Марта 2010 - Персональный сайт
Şənbə, 18/05/2024, 23:50
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Mart » 19 » Astroloji proqnoz
15:32
Astroloji proqnoz
Səbuhi RəhimliAstroloji proqnozu
Səbuhi Rəhimli təqdim edir

 14 mart - 21 mart 2010-cu il
 
QOÇ - Mənfi enerjili Ayın bürcünüzdə qərar tutduğu günlərdə (16-18 mart) maksimum ehtiyatlı olun. Özünüzü infeksion xəstəliklərdən, əsəb sarsıntılarından qoruyun. Ümumiyyətlə, bu müddətdə aktiv fəaliyyətə bir qədər ara verməyiniz məsləhətdir. Pulla bağlı bütün riskli işlərinizi təxirə salın. Ulduzlar yalnız sevgi münasibətlərində uğurlar diləyir.
BUĞA - Qarşınızda maraqlı bir həftə durur. İstər qarşılıqlı münasibətlərdə, istərsə də maliyyə məsələlərində proseslər daha çox xeyrinizə olacaq. Bəzi yaxınlarınıza qarşı unutqanlığı aradan qaldırın. Əgər imkan düşsə ayın 18-də əyalətlərimizə səfər edin. O vaxta qədərsə maraqlı sövdələşmələrin iştirakçısı olacaqsınız. Fəaliyyətinizdə yeniliklər gözlənilir.
ƏKİZLƏR - Daimi ünsiyyətdə olduğunuz bəzi şəxslərlə mübahisələriniz gözlənilsə də, iş prinsipində heç bir problemlə rastlaşmayacaqsınız. Yaxşı olar ki, yeni layihələrdə təşəbbüskarlığı üzərinizə götürməyəsiniz. Əks təqdirdə bu məsuliyyətin altından çıxa bilməyəcəksiniz. Həftənin ortalarından pulla bağlı bir çox çətinlikləriniz səngiyəcək.
XƏRÇƏNG - Yaxın zamanlarda həyatınızda mübət dönüş başlayacaq. Amma o vaxta qədər ciddi sıxıntılar keçirəcəyiniz mümkündür. Bu səbəbdən də gərək həftənin bitməsini gözləyəsiniz. Yaxşı insanlarla münasibətlərinizi qorumağa çalışın. İndi sizə dost ayrılığı üzüntü gətirə bilər. Bütün neqativliklərdən yayının, mübahisə müstəvisinə isə ümumiyyətlə, yaxın gəlməyin.
ŞİR - İxtiyarınızda olan bu ərəfədə çoxlu sayda yeni simalarla rastlaşacaqsınız. Qonaq getmək və ya qəbul etmək, o cümlədən iş üslubunuzda müsbət dönüşlərin baş qaldırması ovqatınızı yüksəldə bilər. Şənbə günü müqəddəs ziyarətgahlara baş çəkməyi də unutmayın. Ailə-sevgi münasibətlərində kobudluq və ya radikallıq etməyin.
QIZ - Müəyyən qədər gərgin ərəfədir. Utopik düşüncələr sizi reallıqdan uzaqlaşdırmaqdadır. Özünüzü aldatmayın. İndi sizə yalnız öz potensialınıza arxalanmağınız lazımdır. Ailə-sevgi münasibətlərini arxa plana atmayın. Göy qübbəsi ayın 17-də sürprizlə rastlaşacağınızdan xəbər verir ki, bu da iş və ya maliyyə sahəsində mümkündür. Amma bu, o demək deyil ki, məhəbbət məsələlərində süstlük olacaq, əksinə, daha böyük uğur görəcəksiniz.
TƏRƏZİ - Axır ki, sizi narahat edən bəzi məsələlərə aydınlıq gələcək. Bu səbəbdən də təmasda olduğunuz bəzi insanlara münasibət və baxışlarınız dəyişəcək. Bu həftə büdcənizdə artım da mümkündür. Ulduzlar hər addımda Allahı yada salmağı, savab işlər görməyi tövsiyə edir. Ailə üzvlərinizlə daha mehriban davranın.
ƏQRƏB - Əsəbi həftə yaşayacaqsınız. Bir tərəfdən uğursuz maliyyə cəhdləri, digər tərəfdən ətrafdakıların sizi başa düşməməsi ovqatınızı təlx edə bilər. Amma gərək, heç olmasa, daxili inamınızdan yararlanasınız. İstirahət günlərində vaxt tapıb səfərə çıxmağa və ya heç olmasa, müqəddəs ziyarətgahlara getməyə çalışın. Yeni iş təkliflərinə tələsik razılıq verməyin.
OXATAN - Kifayət qədər uğurlu həftədir. Nəzərdə tutduğunuz planların əksəriyyəti öz həllini tapacaq. Pulla bağlı problemləriniz də bu həftədən qaydasına düşəcək. Boş söz-söhbətlərə, dedi-qoduya aldanmaqdansa, yaxşı mənada güc göstərin ki, nəyə qadir olduğunuz bilinsin. Yaşca sizdən böyüklərə mərhəmət göstərin. Sənədləşmə işlərində diqqətli olun.
OĞLAQ - Yaxşı olar ki, mart ayını bütünlüklə istirahətə həsr edəsiniz. Ağır fiziki işlər və digər fəaliyyət növü sizə o qədər də səmərə verməyəcək. Astroloji göstəricilər daxili orqanlarınıza diqqət etməyi də lazım bilir. İşgüzar sövdələşmələrdə kimlərisə aldatmağa çalışmayın, əksinə, hər bir təklifə səmimi yanaşın.
SUTÖKƏN - Məhsuldar həftə yaşayacaqsınız. Lakin məhsuldar olduğu qədər də problemli olacaq. Proseslər gah xeyrinizə, gah da zərərinizə işləyəcək. Bunun üçün mütləq müttəfiqlərinizin dəstəyinə arxalanmalısınız. Heç bir işi yarımçıq saxlamayın. Ailə-sevgi münasibətlərində yeni mərhələyə qədəm qoyacaqsınız. Ulduzlar uzaq səfərə çıxmağınızın əleyhinədir.
BALIQLAR - Bürcünüzün "hakim" olduğu bu son həftədə bütün sahələrdə uğurlarınız təmin olunacaq. Amma gərək, bu aralıqda cəhdləriniz ədalətli olsun. Maraqlı görüşlər, yeni təkliflər, maraqlı səfərlər yolunuzu gözləyir. Yalnız martın 17-də səhhətinizlə bağlı ehtiyatlı olmalısınız. Ulduzlar köhnə dostlarınızla əlaqə yaratmağınızı tövsiyə edir.
Baxış: 1375 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!