: Новости: Азербайджан - 19 Января 2010 - Персональный сайт
Bazar, 13/07/2025, 17:11
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Yanvar » 19 » Новости: Азербайджан
10:54
Новости: Азербайджан

Kimlеr QHT Şurasından müsabiqе pulu ala bilmеyеcеk? 


Fеrasеt Qurbanov:
 
"Şura ilе mübahisеli vеziyyеtdе olan vе
bu mübahisеni başa çatdırmayan tеşkilatlar..."
 
Xеbеr verildiyi kimi, Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2010-cu il üçün müsabiqənin şərtlərini sərtləşdirib. Belə ki, qurumun sədri Azay Quliyevin sözlərinə görə, bu ilin maliyyə müsabiqəsi üçün təqdim olunan layihələrlə bağlı heç bir güzəşt olunmayacaq. Onu da qeyd edək ki, layihələr, 7 əsas istiqamət olmaqla, 22 mövzu üzrə təqdim edilib. İstiqamətlər üzrə ümumilikdə 903 min manat vəsait ayrılıb. Müsabiqənin nəticələri martın 10-dan sonra elan olunacaq. Sözügedən məsələ ilə bağlı "Bakı-Xəbər"ə ətraflı açıqlama verən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin İcraçı direktoru Fərasət Qurbanovun sözlərinə görə, müsabiqədə bütün QHT-lər iştirak edir: "Müsabiqə 15 yanvarda başa çatıb və bu müddət ərzində 484 layihə daxil olub. Bu gün isə(dünən-red.) poçt vasitəsilə 3 layihə daxil olub. Şuranın şərtlərinə görə, layihə poçt vasitəsilə də daxil ola bilər. O şərtlə ki, layihənin poçta daxil olma tarixi müsabiqənin son tarixindən 3 gün əvvəl olsun. Beləliklə, müsabiqənin bu günə olan statistikası 487 layihədən ibarətdir. Layihələr araşdırılır və şura katibliyə çox ciddi şəkildə göstəriş verib ki, tələblərə cavab verməyən layihələr seçimin birinci mərhələsindən kənarlaşdırılsın. Bu layihələr ekspertizaya buraxılmayacaq. Ötən il şura QHT-lərə bir sıra güzəştlər etdi. Yəni çatışmayan sənədlərə düzəliş edilməsinə, onların qaydalara uyğun tərtib olunmasında çox yardım göstərdi. Bu il isə sənədlər xüsusi zərfdə qəbul olunur. Həmin zərf təşkilatın sədri tərəfindən imzalanır və onun ağzı möhürlənir. Şura sözügedən zərflərin açılması üçün, xüsusi komissiya yaradır. Həmin komissiya yanvarın 16-dan zərflərin açılması ilə məşğul olur və proses davam edir. Şuranın göstərdiyi elanda qaydalara uyğun olmayan, müsabiqə şərtlərinə cavab verməyən layihələr kənarlaşdırılır və ekspertizaya buraxılmır. Bu, tələb olunan əsas şərtdir. O ki qaldı guya hansısa QHT-lərin müsabiqəyə buraxılmayacağı haqda səslənən fikirlərə, mən bunları qəbul etmirəm. Yəni hansısa təşkilatlar üçün xüsusi qadağa qoyulmayıb. Hələ ki, hamı öz təkliflərini şuraya təqdim edə bilir. Yalnız şura ilə mübahisəli vəziyyətdə olan və bu mübahisəni başa çatdırmayan təşkilatlar şuraya layihə təqdim edə bilməz. Qalan bütün digər təşkilatlar qaydalara uyğun olaraq müsabiqəyə öz təkliflərini təqdim edib". //QayNar

Baxış: 700 | Əlavə etdi: afgan73 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2025
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!